Qaraciyər piylənməsinin qarşısını necə alaq?
1. 556 dəfə baxılıb
Hər 4 adamdan biri qaraciyər piylənməsindən əziyyət çəkir.
Bizim qaraciyərimiz niyə piylənir?
Qaraciyərdə piy toxuması olmur yalnız qaraciyərin ətrafları əvvəlcə piylənməyə başlayır, qarın piyləri əmələ gəlir sonra yavaş-yavaş qaraciyər sıxılır və əlamətləri başlayır. Əvvəlcə yeməkdən sonra köpmə başlayır, sonra ürəkbulanma, sonra bəzi hallarda qusma, sonra sağ qaraciyəraltı nahiyədə ağrılar və qaraciyərin bərkiməsi.
Yaxşı olar ki, insan oğlu yediyi yeməyə və işlətdiyi enerjisinə diqqət etsin!
Əgər sən bir oturumda 5 adamın yeməyini yeyirsənsə, onda 5 adamın işini də görməlisən ki, qaraciyərin piylənib sıradan çıxmasın.
Normalda, insan həmişə aktiv hərəkəti açıq havada qalmağı özünə bir vərdiş etməlidir.
Alkoqol və siqaret qaraciyərin birinci düşmənləridirlər.
“Sələf Xəbər”in Milli.az-a istinadən məlumatına görə, həddindən çox kimyəvi dərman qəbulu, əsasən tempratur salıcılar və ağrıkəsicilər passivlik xəstəliyin artmasına səbəb olur, qeyri düzgün qidalanma çox antibiotik qəbulu zamanı bəzən mədə bağırsaqda daxili göbələklər əmələ gətirir ki, bu göbələklərin ifraz etdikləri toksinləri daima qaraciyərimiz təmizləmək məcburiyyətində qalır.
Qaraciyərin ətrafına yığılmış piy toxuması zaman-zaman bərkiyir və daxilində birləşdirici toxuma əmələ gəlir. Sonra fibrozlaşma başlayır. Bu çox təhlükəlidir çünki artıq qaraciyər yavaş-yavaş sıradan çıxmağa başlayır və sirroza doğru addımlayır.
Sirroz qarşısı alına bilməyən bir qaraciyər xəstəliyidir.
Həddindən artıq piylənmə zamanı toxumaların insulin hormonuna həssaslığı azalır və şəkərə tutulma riski artır, bu da sonda qaraciyərin sıradan çıxmasına səbəb olur.
Qaraciyər piylənməsi varsa nə etməli?
1. Siqaret, alkoqol, yağlı yeməklər, kimyəvi dərmanlar, marqarin və rəfinə olunmuş ərzaqlar azaldılmalıdır.
2. Hər gün 2 saat açıq havada yeyin-yeyin gəzməli, bol su içməli, çay və qəhvə az içilməli, acımadan yeməməli, doymadan yeməkdən durmalı, bol-bol göyərtilər yeməli.
3. İstifadə olunan yağlar zeytun yağı ilə əvəz olunmalı, yeməkdən yarım saat əvvəl təzə salatlar yeyilməlidir.
MÜALİCƏSİ
1. Hər gün 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi və bir çimdik zəncəfil, 1 stəkan çiy suya qarışdırıb gündə 2 dəfə yeməkdən əvvəl içməli.
2. Zəncəfil – 100 qram
Alaqanqal toxumu – 100 qram
Sarıkök kökləri – 100 qram
Zeytun yarpağı – 100 qram
Solmaz çiçəyi – 100 qram
Bu bitkiləri bir birinə qarışdırıb, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmləyib termosa tökməli və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içməli.
Bundan başqa adi qara çay yaşıl çayla əvəz olunmalı, balqabaq şırəsi, kök şirəsi, kərəviz şirəsi, cəfəri şirəsi, buğda cücərəndən sonra yaşıl hissə dərilir 1 stəkana tökülür üstünə su əlavə olunub blenderlə qarışdırılıb şirəsi hazırlanılır. Bu şirələrdən hər gün 2 stəkan növbəli şəkildə yeməkdən əvvəl 2 stəkan içilməlidir.
Evdə kənd südündən hazırlanılmış qatıq və ya kefir gündə 2 stəkan qəbul olunmalıdır.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.