Qaraciyəri təmizləyən qidalar – Saytımızın yeni bölümü
3. 383 dəfə baxılıb
Orqanizmamızda çox əhəmiyyətli bir yerə sahib olan qaraciyər toksin maddələrin atılmasını təmin edir. Ancaq qaraciyərin də təmizlənməsi lazımdır.
“Sələf Xəbər” gazetevatan.com-a istinadən məhz qaraciyəri təmizləyən qidaları təqdim edir:
Ərik, alma və üzüm kimi təzə sıxılmış meyvə suları qaraciyər üçün çox faydalıdır. Hazır satılan meyvə şirələrindən isə uzaq durun. Bu növ meyvə suları şəkər və qoruyucu əlavə olunmuş məhsullar olduğu üçün “faust food”lardan çox da fərqli deyil
Yeməklərə ləzzət qatan bu tərəvəzlərin faydaları hər gün bir şəkildə qarşımıza çıxır. Soğan və sarımsağın təmizləyici xüsusiyyətləri olduğu üçün qaraciyərə çox faydalıdır. İyi narahat edici olduğundan, hətta toz halında da istehlak edə bilərsiniz.
Zəncirotu qaraciyərdə baş verən problemlərdə aktiv rol oynayır. Buna görə Zəncirotu çayı dəmləyib içməyə ərinməyin.
Lif tərkibli qidalar yeməklərlə alınan artıq yağın bədəndən atılmasına yardımçı olur. Qida lifi eyni zamanda qaraciyərə dəstək olaraq orqanizmin təmizlənməsi prosesinə töhfə verir. Mərci, ispanaq, yulaf əzməsi, kəpək, qara lobya, quru lobya kimi ərzaqları qidalanmaya əlavə edərək almağınız lazım olan lif miqdarını ala bilərsiniz.
Unutmaq olmaz ki, bir baza kimi fəaliyyət göstərən qaraciyəri qorumaq vacibdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)
“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir.
Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnətdarlıq bildirməzsiniz? Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)