Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Qarağatın faydası

May 07
17:01 2016

Qara qarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir.

Qara qarağat xüsusilə C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.

Qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəifləmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir.

Qara qarağatda, həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var.

Qara qarağat dəmirlə zəngindir. Bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir.

Bundan əlavə qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır.

Aterosklerozun müalicəsi və profilaktikası üçün qara qarağat çox xeyirlidir.

Qara qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır.

Bu giləmeyvə azkalorilidir və bu səbəbdən arıqlamaq məqsədi ilə tutular pəhrizlər zamanı uğurla istifadə oluna bilər.

Qarağat iltihab və revmatizməleyhinə, antiseptik xüsusiyyətlərinə malikdir.

Giləmeyvə kapilyar və damarlar üçün da çox xeyirlidir – onları təmizləyir, elastikliyini artırır.

Bronxit zamanı qara qarağatın şirəsi çox yaxşı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir.

Qarağatın yarpaqları da çox xeyirlidir və bu səbəbdən həkim-fitoterapevtlər (bitkilərlə müalicə edən həkimlər) onları müxtəlif müalicəvi ot yığımlara əlavə edirlər.

Profilaktik məqsədi ilə qara qarağatın yarpaqlarını çay dəmlədikdə əlavə etmək olar.

Körpə uşaqları çimizdirdikdə vannaya qara qarağat yarpaqların dəmləməsini əlavə etmək olar. Bu çox təsirli antiseptik vasitədir.

Qara qarağatla müqayisədə qırmızı qarağatın kimyəvi tərkibi “kasıbdır”. Lakin qırmızı qarağatın tərkibində də xeyirli vitaminlər və mikroelementlər var. Qırmızı qarağatın tərkibində C vitamini daha azdır, lakin yod daha çoxdur.

Qara və qırmızı qarağat sidikqovucu xüsusiyyətlərinə malikdir və böyrək və sidik kisəsi xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsir edir.

Qara və qırmızı qarağat kosmetologiyada da istifadə olunur. Bu giləmeyvələr dəriyə ağardıcı təsir edir, çillər və piqment ləkələri ilə mübarizə aparır, dərini tonuslaşdırır və cavanlaşdırır.

(Atv.az)

Sələf Xəbər: Uca Allah buyurur: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:012. 298 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:351. 274 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:332. 435 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:301. 452 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:232. 307 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:302. 683 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:142. 013 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:462. 880 dəfə baxılıb
   

Tövbənin mənası və mərtəbələri – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅18 Yanvar, 2018🕔18:53874 dəfə baxılıb
   

Köhnəlib cırılmış dini kitabları nə edək? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅17 Yanvar, 2018🕔19:212. 037 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN