Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Qazlı şirin içkilər insult yaradır

İyul 17
17:00 2015

Qazlı sular arterial təzyiqə təsir edir.

“Sələf Xəbər”in Lent.az-a istinadən xəbərinə görə, bu barədə Luiziana ştatındakı (ABŞ) Universitetin alimləri apardıqları təhqiqat nəticəsində qənaətə gəliblər.

Mütəxəssislər il yarım ərzində 25-79 yaş arası 810 insan üzərində müşahidə aparıblar, onların qida rasionu və həyat tərzini izləyiblər. Bu qrup hipertoniyadan əziyyət çəkənlər olub. İlkin mərhələdə iştirakçılar gündə 1 stəkan qazlı su içiblər. Sonra bu norma iki dəfə azaldılıb. Maraqlıdır ki, bundan sonra onların çəkisi azalıb və paralel olaraq qan təzyiqi də aşağı düşüb. Nəticədə insult riski azalıb.

Alimlər bununla əminlik hasil ediblər ki, qazlı şirin sular orqanizmə ziyan vurur. Onlar bu qənaətə gəliblər ki, əgər insanlar belə suları rasionda minimuma endirsələr, yaxud tamamilə rasiondan çıxarsalar, bu, qan təzyiqini normaya salmağa imkan verər. Tədqiqatçılara görə, gündə cəmi iki stəkan qazlı su içmək hipertoniyaya, hətta insulta gətirə bilər.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN