Qəlyanın təhlükəsi… SOS
4. 322 dəfə baxılıb
“Sələf Xəbər”in alarabiya.net saytına istinadən verdiyi məlumata əsasən mütəxəssislər tütün məmulatlarının təhlükəsi haqqında yeni xəbərdarlıq ediblər.
Alimlər bir çoxlarının az zərərli hesab etdikləri qəlyanın daha çox təhlükəli olması barədə xüsusi xəbərdarlıq ediblər. Tədqiqatçıların qənaətinə görə bir qulam qəlyan (nargilə), bir ədəd siqareti çəkməyə bərabərdir.
Bəziləri ətirinə görə, bəziləri isə az zərəri olduğunu güman edərək qəlyana üstünlük verirlər. Ancaq Ümumdünya Saəhiyyə Təşkilatı və “Atlas Tütün” mütəxəssisləri bildirirlər ki, bir oturumda çəkilən qəlyan, 20-30 ədəd siqareti çəkməyə bərabərdir.
Qəlyanın tərkibində insult, qəlb xəstəlikləri və xərçəngə səbəb olan dəm qazı olduqca çoxdur. Qəlyan çəkən insan onu sorduqda qətran, nekotin, qurğuşun və arsen kimi müxtəlif zəhərli maddələri udmuş olur.
Mütəxəssislər deyirlər ki, qəlyanın tütününü qızdırmaq üçün alışdırılan kömür və ondan çıxan tüstü zəhərli və kanserogen (xərçəngə səbəb olan) maddələri qəlyan çəkərkən udur. Qəlyan aparatının içərisində olan suya gəldikdə vərəm, xroniki bronxit, infeksiyalar və müxtəlif təhlükəli xəstəliklərə səbəb olacaq mikroblarla “zəngin” olur. Mütəxəssislər həzm yolu infeksiyası və dodaq herpesi kimi infeksiyalı xəstəliklərin səbəbini qəlyanda görürlər.
Deyilən təhlükələr təkcə adi qəlyana deyil, elektron qəlyanlara da aiddir. Elektron qəlyanlar ətirlədici maddələrlə işləndiyi üçün daha təhlükəlidir. Bu xərçəngə, allergiyaya və asılılığa səbəb olur.
Dünyada hər altı saniyədə bir nəfər insan tütün məmulatları səbəbi ilə dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə tütün məmulatları səbəbi ilə hər il altı milyona qədər insan məhv olur. Onların altı yüz mindən çoxu passiv siqaret çəkənlərdir.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, insana yalnız xeyir verən şeyləri əmr edir, ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Siqaret və qəlyan da həmçinin bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaretçəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur (məlumdur ki, ayrı-ayrı restoranlarda qəlyanın qiyməti 100 dollara, və ya ondan da baha başa gəlir), bu da başqa günaha – israfçılığa səbəb olur.
20-ci əsrin görkəmli islam alimi, şeyx Useymindən (Allah ona rəhmət etsin), siqaret çəkmək barədə rəyi soruşduqda, şeyx belə cavab verdi: “Siqaret çəkmə İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), “öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 5-ci ayə). Peyğəmbər (ona salavat və salam olsun həmçinin) israfçılığı da qadağan edib.
Tibb sübut edir ki, siqaret çəkmək sağlamlığa ziyan vurur, hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin).