Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Qida rasionumuza daxil olan kimyəvi əlavələrdən xəbəriniz olsun!

Avqust 03
14:08 2015

Kimyəvi qida əlavələri ərzaqların teksturasını, dadını və görünüşünü yaxşılaşdırmaq üçün əlavə olunan sintetik maddələrdir. Ərzaq qoruyucuları bakteriya, göbələk artımının və kiflənmənin qarşısını almaq üçün ərzaqlara əlavə edilir. Qoruyucuların əsas vəzifəsi ərzaqlarda oksidləşməyə mane olmaqla, ərzağın rəngini, dadını qoruyaraq xarab olmasının qarşısını almaqdır.

Müasir zamanda müxtəlif növ qida və içkiləri kimyəvi əlavələrsiz təsəvvür etmək mümkün deyil. Lakin buna baxmayaraq, əksər hallarda təbii ərzaq qoruyucularından deyil sintetiklərdən istifadə olunur. Təbii qoruyuculara duz, sirkə, şəkər, bal, qreypfrut tumu cövhəri və s. aiddir.

“Sələf Xəbər” Vib.az-a istinadən gündəlik istifadə etdiyimiz ərzaqların tərkibində ən çox rast gəlinən kimyəvi əlavələri təqdim edir:

Kalium sorbat-E202 – əsasən pendirlərə, pendir əsaslı ərzaqlara, qatıq və yoqurtlara əlavə edilir. Türkiyəli alimlərin araşdırmalarına görə, bu əlavənin təhlükəsi genotoksik olmaq, yəni genetik informasiya daşıyıcı olan DNT-ni zədələmək qabiliyyətinə malikdir.

Natrium benzoat-E211 – qazlı içkilər, balıq məhsulları, salat sousları, cem və meyvə şirələrinə əlavə edilir. Bu maddə vitamin C ilə qarışdıqda kansirogen xassəyə malik benzol əmələ gətirir. Elmi araşdırmalar göstərir ki, natrium benzoat süni qida rəngləri ilə birləşərək bəzi uşaqlarda hiperaktivliyə səbəb ola bilir.

Kükürd dioksid-E220 və sulfitlər-E221-E228 – meyvələrin, quru meyvələrin, sirkənin, şirələrin, qazlı içkilərin rəngini və tamını qorumaq üçün adı çəkilən məhsul və ərzaqlara əlavə edilir. “Avstraliya Kliniki İmmunologiya və Allergiya Cəmiyyətinin” (The Australasian Society of Clinical Immunology and Allergy-ASCIA) məlumatlarına əsasən, sulfitlərin allergiya, qızdırma, astma, dəridə səpkilərə səbəb olduğu sübuta yetirilib.

Propionatlar-E280-E283 – əsasən çörəklərin və un məmulatların kiflənməsinə qarşı istifadə olunur. Son zamanlar bu maddənin pendir, meyvə-tərəvəz məhsullarında istifadəsinə icazə verilmişdir. Propionatlar miqren, başağrıları, mədə pozuntuları, dəridə səpkilərə, burun tutulmaları, depressiya, yorğunluq, qıcıq və narahatlğa səbəb yaradır. Əslində çörək bişirən müəssisələr hər gün bişirmə qurğularını sirkəli su ilə təmizləyərsə, kiflənmənin qarşısını ala bilər. Plastik paketlərdə bağlama olunan çörəklərdə isə kiflənməyə əlverişli mühit yaranır.

Natrium nitrat-E250 və natrium nitrit-E251 – əsasən ət məhsulları olan veçina, sosis, kolbasa, emal olunmuş ət, hisə verilmiş toyuq və balıq kimi ərzaqlara vurulur ki, botulizm bakteriyalarının inkişafının qarşısını alsın. Bu maddə köhnə ətə təzə və iştahaçıcı görünüş verir. Uşaqlar nitrat zəhərlənmələrinə çox həssas olduqlarından metaemoqlobinemia və ya “mavi uşaq sindromu” kimi problem yarada bilirlər.

Sadaladığımız kimyəvi qida əlavələri qida sənayesi tərəfindən ərzaq istehsalında istifadə etdiyi qida əlavələrinin cüzi bir hissəsidir. ABŞ-ın “Ərzaq və Dərman Administrasiyası” (The Food and Drug Administration-FDA) gündəlik istehlak olunan ərzaqlara 3000-dən artıq kimyəvi qida əlavələrinin qatılaraq hazırlanması haqda məlumat verir.

Sağlam, yerli, təzə və kimyəvi qida əlavələri olmayan ərzaqlara üstünlük verməklə bütün ailənizin sağlamlığının mühafizəsinə səbəb ola bilərsiniz.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 210 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 075 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 443 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 089 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 737 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 041 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 935 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 500 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 970 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 511 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN