Qırmızı soğanın – 10 FAYDASI
2. 765 dəfə baxılıb
Qırmızı soğan ən faydalı soğan sortu sayılır. Sizə qırmızı soğanın 10 faydasını təqdim edirik.
1. Antosian maddələri ilə zəngin olan qırmızı soğan damarların divarlarını möhkəmləndirir və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
2. Xolesterolu aşağı salır.
3. Həzmi yaxşılaşdırır, arıqlamağa kömək edir.
4. Qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.
5. Qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
6. Qan təzyiqini və qanda şəkəri aşağı salmaq təsirinə malikdir.
7. Qurdları öldürür.
8. İmmuniteti gücləndirir, mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabı azaldır.
9. Xərçəng əleyhinə təsir edir.
10. Boğaz iltihabı, öskürək, bronxit zamanı ən yaxşı dərmanı soğan suyunun bala qarışdırılaraq yeyilməsidir. Gündə 3 xörək qaşığı yeyilməlidir.
(saglamolun.az)
Sələf Xəbər: Sarımsaq və soğan yeyənlər bunu nəzərə almalıdırlar: Abdullah bin Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim sarımsaq yeyərsə, qoxusu gedənə qədər məscidimizə gəlməsin.” (Muslim rəvayət etmişdir).
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir ki, Xeybərin fəthi günü Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Kim bu xoşagəlməz ağacdan yeyərsə, bizim məscidimizə yaxın gəlməsin.” Bunu eşidən insanlar “sarımsaq haram edildi, haram edildi” – deyib xəbərləşdilər. Bu haqda söz-söhbət Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) çatanda o dedi: “Ey camaat, Allahın halal etdiyini haram etməyə haqqım yoxdur, sadəcə olaraq bu ağacın qoxusundan xoşum gəlmir.” (Muslim rəvayət etmişdir).
İslam şəriəti bütün əhkamlarında cəmiyyətin bütün fərdlərini nəzərə almışdır. Bu səbəbdən Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) soğan və sarımsaq yeyən insanın məscidə gəlməsini qadağan etmişdir. Çünki bu qidaların məlum qoxusu ətrafdakı insanları narahat edir. Şəriətimiz bizə bildirir ki, əgər kimsə bu qidaları qəbul etdikdən sonra məscidə gəlmək istəyirsə onu bişmiş halda qəbul etsin. Belə olan halda qidanın məlum qoxusu itmiş olur.