Qışda xəstələnməməyə kömək edən meyvələr
832 dəfə baxılıb
Havaların soyuması və infeksiyaların çoxalması qış aylarında xəstəliklərin artmasına səbəb olur. Bu soyuq aylarda içilən bitki çayları isə həm immuniteti gücləndirir, həm də xəstəliklərdən qoruyur. Eyni zamanda portağal, zəncəfil, qərənfil də infeksiya və ağrıların qarşısını almaq üçün faydalıdır.
Yanlış qidalanma vərdişləri xəstə edir
Qapalı yerlərdə uzun vaxt keçirmək, şəkərli və hazır içkiləri bol qəbul etmək immuniteti zəiflətməklə xəstəlikləri sürətləndirir. Bunun üçün evdə, ya iş yerində hazırlana bilinəcək bitki çayları ilə xəstəliklərdən qorunmaq və sağlam qalmaq mümkündür.
“Sələf Xəbər” Milli.Az-a istinadən qış aylarında artan xəstəliklərə qarşı mübarizə aparmaq üçün tövsiyələri təqdim edir.
Heyva soyuqdəyməyə çox faydalıdır
Öskürəyin azalmasına və boğazın yumşalmasına birbaşa faydalı olan sevimli qış meyvələrindən olan heyvanın toxumları çaylara əlavə edildiyində sakitləşdirici təsir bağışlayır. Həzmi də asanlaşdıran heyvanın xərçəngdən qoruma, arıqlama, sağlam bir dəri, allergik reaksiyalar, immunitet sisteminin güclənməsi və qan təzyiqinin tənzimlənməsi kimi bir çox faydası var.
Ancaq heyva toxumlarının çox miqdarda qəbulunun toksik təsir yarada biləcəyini də unutmayın.
Portağal yeyin
Yüksək C vitamin tərkibli olan portağal qışın şah meyvələrindəndir. Portağal qabığı və içindəki ağ maddənin çox vacib olduğunu bilməlisiniz. Portağal qabığında olan uçucu yağlar şiş yaranmasının qarşısını alır və xərçəngdən qoruyur. Portağal qabığının içindəki ağ hissəsində olan pektin bağırsaq sağlamlığına çox faydalıdır, mədənin boşalmasını gecikdirir və daha uzun müddət tox saxlayır.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)