Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Qoltuq altı tərləməsinin qarşısını alan təbii üsullar

İyul 02
17:07 2015

Qoltuq altı tərləməsi hər insanda baş verir. Ancaq bəziləri “hiperhidroz” adı verilən həddindən artıq qoltuq altı tərləməsi problemi yaşamaqdadır.

“Sələf Xəbər” Atv.az-a istinadən qoltuq altı tərləməsinin qarşısını almaq üçün təbii üsulları nəzərinizə çatdırır:

Həddindən artıq qoltuq altı tərləməsinə qarşı pomidor suyu və tərləməyə mane olan adaçayından istifadə edə bilərsiniz. Ancaq tərləməyi tamamilə yox etmək mümkün deyil. Əslində, heç tərləməmək də sağlamlıq üçün ziyanlıdır.

Çox tərləməyin qarşısının alınması üçün qoltuq altlarını təmiz saxlamaq və yaxşı bir dezodorantdan istifadə etmək vacibdir.

Yay aylarında normadan çox tərləmək adi haldır. Ancaq çox stressli, qayğılı insanlar yay-qış fərq etmədən həddindən artıq tərləyə bilər.

Qoltuq altı tərləməsinin qarşısını bitkilərlə ala bilərsiniz:

Bitki mənşəli yağlar
Qoltuq altı tərləməsini azaltmaq üçün bitki mənşəli yağlardan istifadə edə bilərsiniz. 10 damla adaçayı yağını 15 damla lavanta bitkisinin yağı ilə qarışdırın və bu qarışığa yarım stəkan içməli su əlavə edin. Qarışığı sprey başlığı olan bir şüşəyə qoyub dezodorant kimi istifadə edə bilərsiniz. Adaçayı təsirli bir tər önləyici olub, xüsusilə yay aylarında sizi həddindən artıq tərləməyə qarşı qoruyacaq.

Adaçayı
Hər gün bir stəkan adaçayı içmək normadan çox tərləməyə mane olacaq.

Pomidor suyu
Ləyəni su ilə dolduraraq üzərinə 3 stəkan pomidor suyu əlavə edin. Suda 15-20 dəqiqə gözlədikdən sonra durulanın. Pomidor suyu da güclü tər önləyici sayılır.

Sirkə
Qoltuq altına alma sirkəsi qoyaraq 20 dəqiqə gözlədikdən sonra bol su ilə yuyun.

Limon
Gecə yatmadan əvvəl qoltuq altına limon suyu sürərək tərləmə nəticəsində yaranan pis qoxuların və gün içində həddindən artıq tərləmənin qarşısını ala bilərsiniz.

Eyni zamanda sintetik paltarlardan uzaq durmağa çalışın. Sintetik paltarlar təri saxladığı üçün pis qoxuya səbəb olur. Bu səbəblə pambıq paltarlar, bədənin hava almasına imkan verən köynəklər geyinilməlidir.

Qoltuq altı mütləq təmiz olmalıdır. Təmiz olmadıqda dezodorant bir müddət sonra pis qoxuya çevrilir. Ümumiyyətlə, dezodorantlar tərləmənin qarşısını almır, sadəcə gün ərzində qoltuq altındakı tərin qoxusunun ətrafa yayılmasını önləyir.

Bütün bu tədbirlərdən sonra qoltuq altı tərləməsində azalma hiss etmirsinizsə, həkimə müraciət etməyiniz məsləhətdir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 226 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 083 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 462 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 104 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 754 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 090 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 546 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 016 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 530 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN