Qoz-fındıq yemək ölüm riskini azaldır
2. 275 dəfə baxılıb
Hollandiyalı elm adamlarının apardığı araşdırma nəticəsində məlum olub ki, gün ərzində cəmi 10 qram qoz-fındıq ləpəsi yemək ölüm riskini 23%-ə qədər azaldır.
“Sələf Xəbər”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, keçdiyimiz günlərdə Harvard Universitetinin apardığı araşdırma nəticəsində fındıq, fıstıq, qoz, badam kimi quru meyvələrin hər gün tükədilməsinin erkən ölüm riskini azaltdığı məlum olub.
Maastrict Universitetinin bir qrup tədqiqatçıları tərəfindən 10 il ərzində aparılan geniş araşdırmada 120 mindən çox adam iştirak edib. Tədqiqat zamanı 55-69 yaş arasındakı iştirakçılardan gündə ən az 10 qram, yəni yarım ovuc quru ləpə yeyənlərin erkən ölüm riskinin 23 faiz azaldığı görünüb.
Fındıq, fıstıq və badam kimi quru meyvələri müntəzəm yemək diabet riskini 30%, tənəffüs və nevroloji xəstəliklərə tutulma riskini isə təxminən 40% azaltdığı da məlum olub. Araşdırma nəticəsində quru meyvələrin xərçəng və ürək xəstəlikləri riskini də azaltdığı müəyyən edilib.
Mütəxəssislər qabıqlı quru meyvələrin doymamış yağ turşuları, vitamin, lif və antioksidan baxımından xeyli zəngin bir qida qaynağı olduğunu söyləyir.
Gündə 10 qramdan çox quru meyvə yeməyin əlavə bir fayda verməyəcəyini bildirən mütəxəssislər, əksinə quru meyvələrin çox tükədilməsinin artıq kalori mənbəyinə çevrilə biləcəyi barəsində də xəbərdarlıq edirlər.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)