Qoz qabığının əhəmiyyəti
3. 827 dəfə baxılıb
Qozun faydalarını saymaqla bitməz. Tərkibində zülal, lif, Omega 3, Omega 6 yağ turşuları olan qoz kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selenium, manqan mineralları və A, B1, B2, B6, C vitaminləri baxımından insan həyatında əhəmiyyətli qidalardan biridir. Elə isə bu qədər çox xeyri olan meyvənin qabığının da faydası varmı?
“Sələf Xəbər” bildirir ki, Aile.lent.az bu dəfə qoz qabığının faydalarını araşdırıb.
İlk növbədə onu qeyd edək ki, qoz və qabığı qədim zamanlardan bu günədək müxtəlif xəstəliklərin müalicəsində və dərman istehsalında istifadə edilib. Qoz qabığı həmçinin saç, dırnaq və dəriyə qulluq üçün demək olar ki, ideal kosmetik məhsuldur.
Qozun quru qabığını çay kimi dəmləyib içmək soyuqdəymə və öskürəyə yaxşı təsir edir. Quru və ya təzə qoz qabığının dəmləməsi bağırsaqlarda olan qurdların müalicəsi üçün də müalicəvi təsirə malikdir. Gündə iki fincan qoz qabığı məhlulu ilə bu problemin öhdəsindən gəlmək olar.
Şəkər xəstəliyi, D vitamini çatışmazlığından yaranan raxit xəstəliyi ilə mübarizə məqsədilə 10-15 ədəd qoz qabığını suda qaynadıb içmək faydalıdır.
Təzə (yaşıl) qoz qabığının suyunun sıxılaraq sızanaqlı dəriyə sürtülməsi sızanaqların və dəri ləkələrinin aradan qaldırılmasına kömək olar.
Qoz qabıqlarını (quru və ya yaş) qaynayan suyun içərisinə atıb 10 dəqiqə qaynatdıqdan sonra saçlarınızı yusanız, saç tökülmələrinin qarşısını ala bilərsiniz. Həmçinin saçlarınız əvvəlki parlaqlığına qovuşacaq və köhnəlmiş saçlarınız yenilənəcək. Bununla yanaşı, saçlarınız kəpəkdən təmizlənəcək. Saçlarınızı hazırladığınız bu su ilə hər gün yumağa davam etsəniz, saçlardakı ağlar da azalmağa başlayacaq.
Qozun yaşıl qabığının suyu da saçlar üçün olduqca faydalıdır. Saça tünd qəhvəyi bir rəng verərək, parlaqlığını artırır.
Qoz qabığı suyunu ayaq və əl dırnaqlarına qulluq məqsədilə də istifadə edə bilərsiniz. Təcrübə sübut edib ki, qırılan dırnaqlara qoz qabığı suyu sürtülərsə, dırnaqlar güclənər, daha sağlam olar və tez uzanar.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)