Qripin ağır fəsadları
4. 347 dəfə baxılıb
Qrip virus infeksiyadır. Virus orqanizmimizə selikli qişalardan və nəfəs yollarından daxil olur, orqanizmin hüceyrələrinin içərisinə keçir və burada çoxalmağa başlayır.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, qrip zamanı bədən hərarəti 38,5 C-dən yuxarı qalxır. Digər kəskin respirator infeksiyaları zamanı hərarət daha aşağı olur. Bu qripi digər respirator infeksiyalardan fərqləndirir. Həmçinin qrip zamanı həddən artıq güclü intoksikasiya inkişaf edir (baş, oynaqlar, əzələ ağrıları, ürəkbulanması, iştahasızlıq). Kəskin respirator infeksiya zamanı insan özünü daha yaxşı hiss edir, qrip zamanı isə xəstənin vəziyyəti çox ağır olur – insan, hətta yataqdan qalxa bilmir. Digər respirator infeksiyalarla müqayisədə qrip daha sürətlə yayılır (qrip, demək olar, 100% hallarda xəstə insandan ətrafda olanlara keçir).
Qrip çox təhlükəli virus sayılır. Bu virus çox ağır fəsadların inkişafına və hətta xəstənin həlak olmasına səbəb ola bilər. Bu fəsadların arasında:
– pnevmoniya (ağ ciyər iltihabı)
– otit (qulaq iltihabı)
– haymorit
– bronxit
– miokardit – ürək əzələsinin iltihabı
– perikardit – ürək qişasının iltihabı
– ürək çatışmazlığı
– piyelonefrit – böyrək toxumasının iltihabı
– meningit – beyin qişalarının iltihabı
– ensefalit – baş beyinin iltihabı
qrip immunitetin kəskin zəifləməsinə səbəb olur ki, bu fonda insanda olan bir çox xroniki xəstəliklər kəskinləşə bilər.
qrip 5 yaşına kimi olan uşaqlar və 55 yaşından yuxarı böyüklər üçün xüsusilə təhlükəlidir. Məhz bu qrup insanlarda qripin fəsadlarının riski olduqca yüksək olur.
Qripin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Allah-Təala qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə).
Peyğəmbər (Allahın ona salavat və salamı olsun), həmçinin buyurmuşdur: “Müsəlmanın başına gələn elə bir yorğunluq, xəstəlik, kədər, hüzün, əziyyət, qəm, hətta ayağına batan elə bir tikan yoxdur ki, Allah bununla bəzi günahlarını bağışlamasın”. (Buxari, Mərda, 1; Müslim, Birr, 49)