Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Qulaqlar bəzən ürəkdəki pozulmaların xəbərçisidir

Fevral 09
17:33 2016

1973-cü ildə həkim Sanders Frank qulaq mərcəyində büküşün olmasını ürəyin tac damarlarında aterosklerozun inkişafı ilə əlaqənin olmasına fikir verib.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, daha sonra bu fenomeni “Frank əlaməti” adlandırmağa başlayıblar.

Bu nə deməkdir? Həkim fikir verib ki, qulaq mərcəyində büküşü olan bir çox insanların tac damarlarında aterosklerozun inkişafı müşahidə olunur. Ateroskleroz zamanı damarların daxilində yağa bənzər maddə xolesterin yığılır ki, bu da damarları daraldır, onların elastikliyini pozur. Şah damarlarda aterosklerozun olması infarkt kimi ağır pozulmanın inkişafının riskini xeyli artırır.

Frank əlamətinin mövcudluğu 40 yaşdan aşağı olan insanlarda xüsusilə təhlükəlidir. Araşdırmalar göstərib ki, bu yaşda olan insanlarda bu əlamətin olması 80% hallarda aterosklerozdan xəbər verir. Həmçinin araşdırmalar göstərib ki, Frank əlaməti cavan kişilərdə ani ürək ölümünün xəbərçisi ola bilər.

Təbii ki, Frank simptomunun olması heç də 100% hallarda ürəkdə olan ciddi problemlərə işarə etmir. Lakin risk var. Bu səbəbdən əgər siz özünüzdə Frank simptomunu müşahidə etmisinizsə, mütləq kardioloqa müraciət edin və lazım olan müayinələrdən keçin. Bununla siz öz sağlamlığınızı və hətta həyatınızı qoruya bilərsiniz.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət; sağlamlıq bə boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 229 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 085 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 464 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 106 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 757 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 092 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 547 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 018 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 531 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN