Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Ramazanda aclığa dözmək – məsləhət

İyun 09
18:48 2016

Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov AzadlıqRadiosuna verdiyi müsahibədə Ramazan ayında oruc tutanlar üçün önəmli tövsiyələr verib:

– Ramazan ayı aclıq ayı deyil. Sadəcə, qidanın qəbul vaxtı dəyişdirilir. Ona görə normal qidalanmaq gərəkdir. Ümumiyyətlə, isti havada səhər və axşam yemək lazımdır. Çünki isti havada bədən yemək qəbul etmir. Əvvəl alınan qidalar yenə alına bilər. Sadəcə, gün ərzində 14-17 saat, qaranlıq düşənə kimi aclığa və susuzluğa dözməkdən ötrü elə şeylər yemək lazımdır ki, bədəndə suyu saxlasın, suya çox tələbat olmasın. Əgər bir adam kənddə torpağını əkir, o biri isə kabinetdə oturub işləyirsə, onların qidası da müxtəlif olmalıdır.

– Bu iki şəxs necə qidalanmalıdır?

– Kabinetdə oturan nə qədər enerji sərf edirsə, o qədər yeməlidir. Çöldə işləyən, ya da idmançıya, yəni daha çox fiziki işlə məşğul olana isə daha artıq zülal lazımdır. Beyinlə işləyənə tərkibində daha çox fosfor olan qidalar, məsələn, balıq, göbələk, çöldə işləyənə isə yumurta, ət lazımdır. Elə adam var ki, paltar tikilən yerdə işləyir. Havada o qədər kiçik hissəciklər olur ki, həmin adam tərkibində C vitamini olan itburnu, limon qəbul etməlidir. Bir də Ramazanda iftar vaxtı birdən-birə yeməyin üstünə cumub mədəni doldurmaq olmaz. Əvvəlcə xurma, ya da başqa bir şirin qida qəbul edib su içmək lazımdır. Mədə normaya düşür, sonra yavaş-yavaş bəzi yeməklər qəbul olunur. İnsan bədəninin qəbul elədiyi qədər yeyib süfrədən də bir az ac durmalıdır. Çünki doyumluq hissi beyinə 15 dəqiqədən sonra çatır. Səhər isə mütləq yemək lazımdır.

– İsti havada oruc tutanlar susuzluğu daha az hiss etməkdən ötrü hansı qidalar qəbul etməlidir?

– Səhər yaxşı olar ki, daşdan süzülmüş su içilsin. Qəbul olunan qida tam duzsuz olmamalıdır, tərkibində bir az duz olmalıdır. Çünki duz da bədəndə suyu saxlayır. Səhər-səhər südlü aş, yumurta yeyilsə, axşama kimi acmırsan. Bədəndə balans saxlanılır. Bədəndə su, duz balansını saxlamağa mütləq şorbalar lazımdır. Baldan, yağdan imtina olunmamalıdır. Çünki bal da bədəndə suyu saxlamağa kömək edir.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Uca Allah buyurur: “Adəmoğlunun bütün əməlləri özü üçündür. Oruc istisna olmaqla, o Mənim üçündür və onun da mükafatını Mən verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin. Məhəmmədin nəfsi Əlində olan Allaha and olsun ki, oruc tutanın tutduğu oruca görə ağzının iyinin dəyişməsi Allah yanında müşk ətrindən daha xoşdur! Oruclunun iki sevinci vardır: biri iftar etdiyi vaxt, digəri isə Rəbbinə qovuşduqda orucuna görə sevindiyi gündür” (Buxari və Muslim).

Muslimin versiyasında isə deyilir: “Adəmoğlunun bir yaxşılığı on qat əvəzlə yeddi yüz qata qədər mükafatlandırılacaq. Əziz və Cəlil olan Allah təala: “Oruc istisna olmaqla, o mənimdir və onun da mükafatını mən verəcəyəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir”, – buyurmuşdur.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 138 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 015 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 374 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 027 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 627 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:304. 975 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 875 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 445 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 807 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 454 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN