Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Ramazanda duz və su balansına diqqət!

İyun 11
16:32 2015

Ramazan ayında orqanizmin duz və su balansına diqqət edilməsi vacibdir.

“Sələf Xəbər” İxlas.com.tr-yə istinadən məlumat verir ki, Türk Böyrək Fondunun Prezidenti Timur Erkin bugünə qədər fond çərçivəsində aparılan işlərdə böyrək sağlığı və qidalanma vərdişləri mövzusunda əhəmiyyətli bir yol qət etdiklərini və xüsusilə həddindən artıq duz və şəkər istehlakının qarşısını almaq, kifayət qədər su sərf etmək kimi həyati əhəmiyyət daşıyan məsələlərdə kampaniyaları davam etdirdiklərini bildirib.

Timur Erkin qeyd edib ki, Ramazan boyu yalnız böyrək sağlamlığı baxımından deyil, əzələ, dəri, həzm və ifrazat sistemi üçün də əhəmiyyətə malik olan su, gündəlik qida elementlərinin başında gəlməlidir.

Sağlamlıq olmadan vacib orucu yerinə yetirməyin mümkün olmadığına diqqət çəkən mütəxəssis hemodializ xəstələri və böyrək funksiyasının pozğunluğu çox olan xəstələrin səhhətləri təhlükəyə girəcəyindən, oruc tutmamaları barədə xəbərdarlıq edib. O, insanlara iftar-sahur arasında bol maye qəbul etmələrini, yetərli qidalanmalarını və keyfiyyətli yuxunu tövsiyyə edib. Timur Erkin “Böyrəkləri xəstə olmayanlar böyrək sağlamlığını təhlükəyə atmamaları üçün duz istifadəsinə və kifayət qədər su istehlakına xüsusi diqqət göstərməlidirlər”- deyib.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 224 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 083 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 461 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 101 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 752 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 087 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 543 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 013 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 530 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN