Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Ramazanda gündüz yuxusunun orqanizmə faydası

İyun 30
16:23 2015

Ramazanda gündüz ən azı 2 saat yatmaq orqanizmin su və elektrolid itkisinin qarşısını alır, maddələr mübadiləsinə yaxşı təsir edir.

Mütəxəssislər son 33 ilin ən uzun Ramazan ayının yaşandığını ifadə edərək, yayın istisi və günlərin uzanması oruc tutan insanların bu il daha diqqətli olmalarını söyləyir.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, 15-16 saat oruc tutulmasından dolayı insanların səhhətlərində bəzi problemlərin yaşana biləcəyini deyən həkimlər, ürək xəstələrinə bu uzun Ramazan günlərində oruc tutmağı məsləhət görmədiklərini bildirirlər. Gün ərzində bədəndə su və duz itkisi yaşandığı üçün sağlam insanlarda belə təzyiq, qəlb ritmində dəyişiklik, ürəkgetmə və qan şəkərinin düşməsi kimi problemlər ortaya çıxa bilər. Buna görə də həkimlər oruc tutan insanlara gündüzlər mütləq yatmağı tövsiyyə edirlər.

Belə ki, Ramazan boyu 2 saatlıq gündüz yuxusu bədənin su və elektrolit itkisinin qarşısını alacaq, uzun müddətli aclıqdan sonra maddələr mübadiləsinə daha az ziyan vurmasına kömək edəcək.

Gündüz yuxusunun ürəyə də çox faydalı olduğunu deyən mütəxəssislər bunları qeyd ediblər:

Günorta vaxtı və ya günortadan sonrakı vaxtda 2 saatlıq yuxu yatmaq son dərəcə insanı dinləndirir və bədəndəki bütün stresi alır. Yatıb dincəlməyimiz bizə yerdə qalan zamanı daha faydalı dəyərləndirməyə imkan verəcək.

Günorta yatanların yatmayanlarla müqayisədə infarkt riski də yarıya düşməkdədir. Çünki yuxuda bədən ilə birlikdə ruh da dincəlir. Fiziki olaraq yuxusuzluğa dözmək olur, lakin ruhi olaraq yuxusuzluğa dayanmaq mümkün deyil. Ruhi gərginlik də bədəndə zərərli hormonların ifraz olunmasına səbəb olur. Bu isə infarkt riskini artırır.

Əgər həftə içi gündüz yatmaq mümkün deyilsə, heç olmasa həftə sonu yaxşıca yatmaq lazımdır.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur”. (Qurani-Kərim, “Furqan”, 47-ci ayə)
“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Allah-Təala sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 137 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 015 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 374 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 027 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 626 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:304. 975 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 875 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 445 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 807 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 454 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN