Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Ramazanda yuxuya diqqət!

İyun 25
17:01 2015

Ramazan ayında yuxu rejiminin dəyişməsiylə əlaqədar olaraq, mütəxəsisslər gün ərzində insanın özünü halsız və gücsüz hiss edə biləcəyi barədə xəbərdarlıq edirlər.

Türkiyə Üsküdar Universiteti NPİSTANBUL Neyropsixiatriya Xəstəxanasının Nevrologiya sahəsi üzrə mütəxəsisi doktor Öndər Kuzu Ramazanda yuxu pozğunluğu halları ilə rastlaşmamaq üçün bəzi nüanslara diqqət yetirməyi vacib bilir. Onun sözlərinə görə, erkən saatlarda sahur üçün yuxudan yarımçıq oyanmaq və uzun müddət ac və susuz qalmaq orqanizmə stress vəziyyəti yaşadır.

“Sələf Xəbər” Haber7.com-a istinadən stresi azaltmaq və gündəlik həyat fəaliyyətimizi davam etdirə bilmək üçün bu tövsiyələri diqqətinizə çatdırır:

Sahurdan sonra mütləq yatın

Sahurdan sonra mütləq bir yuxu fazası qədər yatın. Bir yuxu fazası, təxminən 1.5 saatdan ibarətdir.

Hər bir insanda yuxu strukturu iki hissəlidir: Non-REM ( ləng yuxu ) və REM ( tez yuxu ). Non-REM-insan yuxulayarkən baş verir, 4 mərhələlidi və 90 dəqiqə davam edir, ümumi yuxunun 75-80%- ni təşkil edir.

REM yuxu fazası isə 10-20 dəqiqə davam edir və ümumi yuxunun 20-25% -ni təşkil edir. Lakin məhz bu yuxu fazası beyni daha çox fəallaşdırır. Ləng yuxu gecənin ilk saatlarında olur və bu zaman bədən istirahət edir. Tez yuxu fazası isə səhər saatlarında olur, bu zaman beynimiz dincəlmiş olur. Əgər sahurdan sonra yatmasaq, oyandığımız zaman enerji azlığı, diqqət pozğunluğu, unutqanlıq, gündüz vaxtı halsızlıq və yuxusuzluq kimi problemlərlə üzləşmiş oluruq.

Səhər eyni saatda oyanın

Sahura qalxdığınız üçün səhərlər oyanma saatını dəyişdirməyin. Əks halda, yuxu rejiminiz pozulacaq. Gecə də eyni vaxtda yatmağa çalışın.

Gündüz vaxtı yatmayın

Gecə normal yatmısınızsa, gündüz saatlarında yatmayın. Gündüz saatlarında yatmağın gecə yuxusu üzərində mənfi təsirləri vardır. Oruc tutmusunuz deyə, sizin üçün normal olan yuxu müddətindən daha artıq yatmağa çalışmayın.

Qaranlıqda yatın

Yataq otağınızın səssiz və qaranlıq olmasını təmin edin, otaq temperaturunun da sizə uyğun olmasına çalışın. Yatdığınız zaman televizor seyr etmə, kitab oxuma və digər vərdişlərdən uzaq olun.

Yavaş-yavaş və yüngül yeməklər yeyin

İftarda çox və ağır yeməklər yeməməyə diqqət göstərin. Yemək yemə müddətinizi uzadın, yeyərkən tələsməyin. İftardan sonra çox miqdarda çay, qəhvə, kakao və qazlı içkilər içməyin. İftar sonrası mütləq yüngül məşqlər edin. Məsələn, gəzintiyə çıxın.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur”. (Qurani-Kərim, “Furqan” surəsi, 47-ci ayə)

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah-Təala gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Allah-Təala sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 645 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 990 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN