Reseptlərə dərmanın adı yox, tərkibi yazılacaq
922 dəfə baxılıb
“Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiqləndi.
“Sələf Xəbər” XəzərXəbərə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin kollegiyasının oktyabrın 21-də qəbul etdiyi “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” , “Resept blankı formasi” və “Ödənişsiz resept blankı forması” təsdiqlənib.
Yeni qaydalar resept əsasında buraxılan dərman vasitələrinə reseptlərin yazılmasına və aptek təşkilatlarından buraxılmasına dair tələbləri müəyyən edir. Bu hansı tələblərdir və onların nə kimi faydaları olacaq?
Əvvəlki qaydalardan fərqli olaraq, yeni sənəddə əsas dəyişiklik reseptlərin yazılması ilə bağlıdır.
Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi deyir ki, dərman adının yazılmasına yalnız o halda icazə verilir ki, beynəlxalq patentləşdirilmiş adı yoxdur və tərkibində 3 və daha çox təsiredici maddə var. Digər hallarda isə vətəndaş öz büdcəsinə uyğun seçim imkanına malik olacaq.
Yeni qaydalar həkimlərin apteklərlə və farmaseftik şirkətlərlə işbazlığının da qarşısını alacaq. Reseptlərlə bağlı daha bir yenilik var: Bundan sonra adi reseptlər 90 gün, ödənişsiz dərman vasitələrinə yazılan reseptlər isə 30 gün etibarlı olacaq. Yeni qaydalarda “Resept blankı forması” da öz əksini tapıb.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Allah-Təala qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)