Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Sağlam yaşamaq istəyirsinizsə buna mütləq əməl edin

Fevral 28
16:06 2017

Uca Allah bizə elə bir din göndərmişdir ki, onun gecəsi gündüz kimi aydındır. Peyğəmbərimiz Muhəmməd (Ona Allahın salavatı və salamı olsun) bizə bütün xeyirli və faydalı tövsiyələrini vermişdir. Qidalanma mövzusunda Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) bizə mədəmizi üç hissəyə: “su, hava və yemək” üçün bölməyi tövsiyə etmişdir.

Həmçinin bizə ayaq üstə yeyib-içməyi də qadağan etmişdir. Yalnız zəruri hallarda buna icazə vermişdir.

Bütün bunların böyük faydası və əhəmiyyəti müasir tibb elmində öz təsdiqini tapır. Ən gözəl müsəlman, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) hər tövsiyəsinə böyük qayğı və diqqət ilə yanaşan kimsədir.

Selefxeber.az-ın “saglamolun.az”a istinadən məlumatına görə, mütəxəssislərin müşahidələrinə görə, müasir insanlar onlara lazım olandan qat-qat çox kalori qəbul edir. Müasir insanlar az hərəkət edir, az fiziki iş görür və nəticədə az kalori sərf edir.

Artıq kalorilən orqanizmə yalnız ziyan vurur – piylənməyə, metabolik pozulmalara, immun sisteminin zəiflənməsinə, ürək-damar sistemi xəstəliklərinə və s. problemlərə səbəb olur.

Çoxsaylı araşdırmalar göstərib ki, müxtəlif ölkələrdə yaşayan uzunömürlülər həyatı boyu az qida qəbul edirdi.

Alimlərin son araşdırmalarına görə, qidalanmanın kalori miqdarının 30% azalması insan sağlamlığına çox müsbət təsir edir – bir çox ağır xəstəliklərin inkişafının qarşısını alır, ömrü uzadır.

Alimlər belə hesab edir ki, bu üsulla hipertoniya və şəkərli diabet kimi yayılmış və hər il milyonlarla insanın ölümünə səbəb olan xəstəlikləri müalicə etmək, xərçəng xəstəliklərinin qarşısını almaq mümkündür.

Az qida qəbul edən insanın orqanizmi yaxşı mənada stress yaşayır ki, bu zaman orqanizm qənaət rejiminə keçir və yalnız sağlam və yeni hüceyrələri “qidalandırır”. Xəstə, köhnə, öz funksiyalarını normal yetirə bilməyən hüceyrələr isə qidasız qalır və tədricən ölür. Nəticədə orqanizm yenilənir, cavanlaşır, orqanizmdə daim əmələ gələn xərçəng hüceyrələri məhv olur.

Qidalanmanın azalması insanın immun sisteminə də müsbət təsir edir, onu daha fəal işləməyə vadar edir.

Bütün bunları nəzərə alaraq sağlam olmaq və çox yaşamaq üçün sadəcə daha az yemək lazımdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 968 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 600 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 075 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 615 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 232 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 637 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 429 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 983 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 487 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 960 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN