Sarımsaq və süd – cavanlıq və sağlamlıq mənbəyi
2. 585 dəfə baxılıb
Hələ çox qədim zamanlardan dünyada məşhur olan təbiblər ömrü uzatmaq, qocalmanın qarşısını almaq, yaşlı dövrdə belə, özünü gümrah hiss etmək üçün təbii vasitələrdən orqanizmə möcüzəvi təsir göstərən müxtəlif cövhərlər, eliksirlər, içkilər hazırlayıblar. Əsrlərin sınağından çıxan bu vasitələrdən müasir dövrdə də xalq təbabətində geniş istifadə olunur.
“Sələf Xəbər” Atv.az-a istinadən sarımsaq və süddən hazırlanan cavanlıq eliksiri haqqında bilgiləri təqdim edir:
Hindistanda bu eliksiri həm də “Ölməzlik eliksiri” adlandırırlar. Hazırlanması çox asan başa gələn bu vasitə hamı üçün münasibdir. Çünki eliksirin hazırlanması üçün cəmisi iki məhsuldan – sarımsaq və süddən istifadə olunur ki, bu da hər bir kəs üçün əlçatandır.
Hindlilərin cavanlıq eliksiri necə hazırlanır?
200 qram süd odun üzərində qaynadılır. Süd qaynayana qədər 2-3 diş sarımsaq təmizlənərək xırda-xırda doğranılır. Süd qaynayanda doğranmış sarımsaq südə əlavə olunur və dərhal odun üstündən götürülür. 15-20 dəqiqə keçdikdən sonra cavanlıq eliksiri istifadəyə hazırdır.
Eliksiri hazırladıqda südün təzə və təbii olmasına diqqət yetirilməlidir.
Cavanlıq eliksiri həftədə bir dəfə 1 stəkan qəbul edilir və hər dəfə yenisi hazırlanır. Yəni bir dəfəyə 2-3 pay eliksir hazırlamaq düzgün deyil.
Cavanlıq eliksirinin orqanizmə təsirini daha da effektli etmək üçün yaz və payız fəsillərində qəbul edilməsi tövsiyə olunur və kursu fəsil boyu davam etdirmək olar.
Bir neçə qəbuldan sonra eliksirin möcüzəvi təsiri artıq özünü göstərməyə başlayır. Bədənin xəstəliklərə qarşı müqaviməti artır, orqanizmdə yeniləşmə prosesləri gedir, nəzərə çarpacaq dərəcədə gümrahlıq hiss olunur, qan təzyiqi normallaşır, ürək damar sisteminin fəaliyyəti və qan dövranı yaxşılaşır, damarlar möhkəmlənir, damarlarda yaranan tıxacların qarşısı alınır, orqanizmdə olan zərərli maddələr xaric olunur.
Əgər siz də istənilən yaşda özünüzü gümrah və sağlam hiss etmək istəyirsinizsə, hindlilərin möcüzəvi cavanlıq eliksirindən istifadə edin. Bu sizdən nə böyük bir vaxt, nə də ki, böyük bir məbləğ tələb etmir. Əvəzində isə orqanizminizə sağlamlıq vəd edir.
Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik”. (Qurani-Kərim, “Nəhl” surəsi, 66-cı ayə)
“Ey insanlar! Allah ev heyvanlarını sizə tabeliyinizə verdi ki, sizə fayda versinlər və Onun kamil qüdrəti və hər şeyi əhatə edən xeyirxahlığı haqqında sizə xatırlatsınlar. O, sizə heyvanların qarnında qanla ifrazat arasında əmələ gələn süd içirdir. Südün əhatəsində olan şeylər ona qarışmır və o, onu içənlərə ləzzət bəxş edir. O, susuzluğu söndürür və olduqca qidalıdır və bu sadəcə təbiət qanunu deyil, Rəbbin qüdrətinə dəlalət edir. Təbiətdə yem yeyən, habelə şirin və ya şor su içən ev heyvanının yeyib-içdiyini belə bir təmiz və xoşməzə içkiyə çevirməyə qadir olan daha kim vardır?” (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allah, həmçinin buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)