Şəkərin sağlamlığa ziyanı
2. 651 dəfə baxılıb
Tədqiqatçılar müəyyən edib ki, orqanizmdə şəkərin yüksək səviyyəsi bir çox xəstəliklərin inkişafına şərait yaradır və insanın ömrünü qısaldır.
Tədqiqatçılar tərəfindən həyata keçirilən kompleks təcrübələr şəkərin insan ömrünə mənfi təsirini sübut edib. Şəkərli qidalar həm kişilərin, həm də qadınların səhhətinə ziyan vurur.
Tədqiqatlarda sübut olunub ki, orqanizmdə şəkərin yüksək səviyyəsi çoxsaylı mürəkkəb xəstəliklərin inkişafına gətirib çıxarır və insan ömrünü 20 faiz qısaldır. Təcrübələr qurdlar üzərində aparılıb, alimlər süni uzunömürlülük yaradan mutasiyalar edib, sonra qurdları şəkərlə qidalandırmağa başlayıb. Nəticədə, qurdların ömrü 20 faiz azalıb. Bundan əlavə, böyük miqdarda qlükoza qurdlardakı uzunömürlülük meylini yatırıb.
Bu haqda məlumatı AZƏRTAC “healthvesti.com” saytına istinadən yayıb.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş heç yerə gedən deyil. Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?” (Xatib əl-Bağdadi rəvayət edib. Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləyib).