Sinir sistemini nizamlayan qidalar
2. 709 dəfə baxılıb
Hər zaman eşitdiyimiz “bütün xəstəliklər əsəbdəndir” kimi fikirlər həqiqətdir.
Sinir sistemi zəiflədikdə, ürək-damar, həzm və digər sistemlərdə ağırlaşma təhlükəsi yarana bilir.
Sinir sisteminin sağlam saxlanılması üçün, düzgün qidalanma çox vacibdir.
“Sələf Xəbər” Atv.az-a istinadən sinir sistemi üçün lazımlı olan məhsullar siyahısını təqdim edir:
— Banan və təzə pomidorlar. Sinir sistemini möhkəmləndirir və depressiyanın yaranmasına əngəl olur.
— Skumbriya, treska və qızıl balıq. Bu balıqların tərkibində lazımlı yağlar var. Sinir tellərini toksik maddələrdən qorumağa kömək edir, qaraciyəri canlandırır.
— Yumurta. Letitinlə zəngin olan bu məhsul, pis əhval-ruhiyyə ilə mübarizə etməyə kömək edir.
— Süd məhsulları, kələm, kök, alma. Bu məhsulların tərkibində orqanizm üçün ideal porsiyada kalsiy və fosfor vardır. Kalsiy sinir gərginliyindən kömək edir, fosfor isə sinir sistemini gümrahlandırır.
— Göyərti. Orqanizmdə tormozlanma prosesslərinin normallaşmasını təmin edən maqniy ilə zəngindir.
— Cücərmiş bitki toxumları, çörək, yarma. Bu məhsullar orqanizmin stressə dayanıqlılığını artıran B qrup vitamini ilə zəngindir.
— Bitki yağları, qoz, avakado. Tərkibidnə E vitamini olan bu məhsullar, orqanizmə enerji verərək, əzələ aktivliyini stimullaşdırır.
— Çiyələk. Yaxşı əhval-ruhiyyə giləmeyvəsidir. Sinir sistemini stimullaşdırır və yaxşı antidepressant sayılır.
— Pendir, kartof, araxis, küncüt. Tərkibində qlisin, tirosin, triptofan və qlyutamin turşusu kimi vacib amin turşuları vardır. Bu amin turşuları orqnizmin iş qabiliyyətini yüksəldir və sinir sitemini sakitləşdirir.
Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)
“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir. Bunun sayəsində qullar ilin hesabını bilir, öz sağlamlıqlarına baxır, öz heyvanlarının, əkinlərinin və meyvə bağlarının qayğısına qalırlar. Onlar gecələr istirahət edir, dan söküləndə isə Uca Rəbbin nemətlərini axtarmağa gedirlər. Allah insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir”. (Bax: “Təfsir Əs-Saadi”)