Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Siqaretin daha bir ziyanı aşkarlandı

İyul 13
15:37 2015

Siqaret çəkmək şizofreniyanın inkişafına bilavasitə təsir göstərə bilər və bu əlaqə daha ətraflı araşdırılmalıdır.

“Sələf Xəbər”in Avropa.infoya istinadən məlumatına görə, bu barədə Britaniyadakı “King’s College” Universitetinin yeni elmi araşdırmasında deyilir. Araşdırmanın yekunları “Lancet Psychiatry” elmi dərgisində dərc edilib.

Məqalədə deyilir ki, siqaret çəkməklə psixoz arasında əlaqənin olması çoxdandır ki, müəyyən edilib. Lakin indiyədək hesab olunurdu ki, şizofreniyadan əziyyət çəkənlər siqaretdən stresi azaltmaq vasitəsi kimi istifadə edirlər.

Təhqiqat nəticələrinə əsasən, siqaret tüstüsü beyin funksiyasında dəyişikliyə səbəb ola bilər. Bu 14 mindən artıq siqaret çəkən və 273 minə yaxın siqaret çəkməyən üzərində aparılan müşahidəyə əsaslanır. Belə ki, araşdırmada iştirak edənlərin 57 faizi xəstəliyin kəskinləşməsi vaxtı artıq siqaret çəkən imiş və bu qrup arasında şizofreniyanın inkişafı ehtimalı çəkməyənlərdən iki qat artıqdır. Eləcə də siqaret çəkənlərdə çəkməyənlərə nisbətdə şizofreniyanın bir il erkən əmələ gəldiyi məlum olub.

Qeyd edək ki, bundan əvvəl alimlər siqaret aslılığının intihara sövq etdiyini və xərçəng xəstəliyinə səbəb olduğunu irəli sürüblər.

Azərbaycan dövlət statistika mərkəzindən verilən son hesablamalara əsasən, ölkə əhalisinin 36,6 faizi 15 və yuxarı yaş qruplarında siqaret çəkənlər sırasındadır. Buradan siqaret çəkənlərin 0,7 faizi 15-19, 27,7 faizi 20-44, 53,2 faizi 45-64, 42 faiz isə 65+ yaş qrupuna aiddir.

Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir, ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Tibb sübut edir ki, siqaret çəkmək sağlamlığa ziyan vurur və hətta siqaretçəkənin ölümünə səbəb ola bilir. Bu siqaret aludəçiliyi çəkəni intihara aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, bunu da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN