Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Smartfonlardan aktiv istifadə insanların sağlamlığına ziyan vurur

Dekabr 30
17:12 2015

Alimlər sürətlə həyatımıza inteqrasiya edən miniatür kompyuterlərin (smartfonlar, fabletlər, planşetlər) insanın fiziki və psixi sağlamlığına təsirinin hərtərəfli tədqiqinə başlayıblar.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-ın Harvard Universitetinin professoru Emi Kaddi “The New York Times” üçün yazdığı məqaləsində qeyd edib ki, gözünü smartfonun displeyindən ayıra bilməyən insanların beli tədricən əyilə bilər. Belə vəziyyət boyun nahiyəsinə əlavə yük yaradaraq müxtəlif xoşagəlməz vəziyyətlərə gətirib çıxarır. Orta çəkili insanlarda başın mailliyi 30 dərəcə olduqda boyun nahiyəsinə təxminən 18 kiloqram, 60 dərəcədə isə 27 kiloqram əlavə yük düşür. Belə duruş yalnız fiziki deyil, həm də psixi vəziyyətə təsir edir. E.Kaddinin sözlərinə görə, belə duruş forması yalnız neqativ vəziyyəti əks etdirmir, həm də onu yaradır. Alim elmi işlərə istinad edərək bildirib ki, bükülmüş bel forması insanın əhval-ruhiyyəsinin pisləşməsinə, yaddaşının zəifləməsinə səbəb olur.

“Biz işin səmərəliliyini və yaşayış keyfiyyətini yüksəltmək məqsədilə gün ərzində mobil qurğulardan bir neçə saat istifadə edirik, ancaq bu cihazlarla belə sıx qarşılıqlı əlaqə tamamilə əks-təsir göstərir”, – deyə E.Kaddi yazır.

Alim qeyd edir ki, smartfondan istifadə zamanı bədənin vəziyyətinə diqqət yetirmək lazımdır.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 138 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 015 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 374 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 027 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 626 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:304. 975 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 875 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 445 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 807 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 454 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN