Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Soğanın mükəmməl faydaları

Yanvar 19
18:08 2016

Soğanın insan orqanizminə faydaları az deyil.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, soğan bir sıra terapevtik və antibakterial özəlliklərə malikdir. Bu özəlliklər sayəsində o, orqanizmi zəhərli maddələrdən təmizləyə, hətta bəzən müxtəlif xəstəliklərdən qoruya bilər.

Səhiyyə sahəsində çalışan ekspertlər soğanın faydalı cəhətlərini nəzərə almağa çağırırlar. Soğanın tərkibində 100-dən çox kükürd birləşmələri var. Bunlar tək bizə məlum olan qoxuya məsul deyil, həm də müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında intoksikasiya üçün əla vasitə ola bilər.

Aşağıdakı xəstəliklərdə soğan yaxşı profilaktik vasitə kimi istifadə edilə bilər:

Astma

Soğanın tərkibindəki komponentlərdən biri antihistamin təsiri göstərir. Onun sayəsində soğanı iltihab əleyhinə vasitə kimi də istifadə etmək olar. Laboratoriya sınaqları göstərib ki, soğanın tərkibindəki kvertsetin maddəsi orqanizmi allergiyaya səbəb olan histaminlərin ifrazından qoruyur.

Xərçəng

Soğanın sarıköklə birlikdə qəbulu xərçəngin yaranmasının qarşısını ala bilər. 2006-cı ildə aparılmış araşdırmaların nəticəsində məlum olub ki, onların birgə təsiri xərçəngdən əvvəlki hissəciklərin sayını azaldır.

Şəkərli diabet

Soğanın tərkibində olan əsas efir yağları – allilpropildisulfid birləşməsi orqanizmdə insulin istehsalını stimullaşdırır və qanda şəkərin miqdarını azaldır.

Ürək xəstəlikləri

Adətən orqanizm üçün faydalı qidalar haqda danışarkən soğan yadımıza düşmür. Ancaq 2007-ci ildə aparılmış araşdırma göstərdi ki, bu tərəvəzin tərkibindəki maddələr qan təzyiqini normaya salır, nəticədə isə ürəyin sağlam qalmasını təmin edir

Dişlərin dağılması

Çiy soğan dişlərin sağlamlığı üçün də faydalıdır. Əgər siz gün ərzində 2-3 dəqiqə çiy soğan çeynəsəniz, ağız boşluğundakı bütün zərərli bakteriyalardan xilas ola bilərsiniz. Gün ərzində bir baş soğan yemək isə dişlərinizi daha da sağlam edər.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 226 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 083 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 461 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 102 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 754 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 088 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 544 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 014 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 530 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN