Soyuq havada xəstəliklərdən necə qorunaq?
954 dəfə baxılıb
Payız və qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq üçün xüsusilə C vitamini ilə zəngin qidalara önəm vermək lazımdır. Bununla yanaşı digər vitaminləri də təxirə salmayın.
“Sələf Xəbər” Aile.lent.az-a istinadən soyuq havada sizə lazım olan qidalar haqqında məlumatı təqdim edir:
Əsasən C, A və E vitamini baxımından zəngin olan qidalar yeyin. Güclü metabolizmanın təməlində kifayət qədər və balanslı qidalanma durur. Qidalanmada C vitamininə xüsusi yer verilməlidir. Bu vitamin yaşıl bibər, cəfəri, gül kələmi, tərə, ispanaq, portağal, limon, naringi, itburnu kimi qidalarda bol miqdarda var.
Digər vacib antioksidan olan E vitamininin zəngin qaynaqları fındıq, qoz, badam kimi yağlı toxumlar, duru yağlar, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar və taxıl kimi qidalardır.
A vitamini də güclü antioksidandır. Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, narıncı və yaşıl meyvə və tərəvəzlərdə var. Həftədə 2-3 dəfə quru lobya, noxud, mərcimək kimi quru paxlalılar yeyilməlidir.
Yemək zamanı qatıq, ayran və ya kefirə mütləq yer verilməlidr. Gün ərzində çalışın bol miqdarda su için. Çay və ya qəhvə yerinə bitki çayları için. Onların arasında itburnu, adaçayı, cökə kimi bitki çaylarına üstünlük verin. Bunların isə bədənə təsirlərini nəzərə alaraq, təbii üsullarla qurudulmuş olması və çay halına gətirilməsi üçün dəmlənmə müddətinə xüsusi diqqət edilməlidir.
C vitamini başda olmaqla hər yemək zamanı meyvə və tərəvəz yemək vacibdir. Şorba kimi maye dəyəri yüksək olan yeməklərə üstünlük verin, bədəndən toksin maddələrin uzaqlaşdırılması üçün bol su için.
Ürək xəstəlikləri soyuq havada diqqət edilməsi lazım olan xəstəliklər qrupuna başçılıq edir. Həyat tərzinizi mümkün qədər mövsümə görə uyğunlaşdırın. Çünki infakt riski qış aylarında ciddi sürətdə artır. Bunun səbəbi soyuq havanın yaratdığı damarlarda büzülmə və qışda hərəkətliliyin azalmasıdır. Soyuq hava ürək xəstəliyi olmayan insanlarda belə, sinə ağrısına səbəb olur. Buna görə də mövsümə uyğun geyinməli, dərmanlar nizamlı olaraq qəbul edilməli, fiziki aktivlikdə fəal olmaq lazımdır. Əgər soyuq havada sinə ağrınız şiddətlənərsə, mütləq həkimə müraciət edin.
Soyuq hava herpes virusunu aktivləşdirir. Bunun nəticəsində üz iflici yaranır. Üzün bir tərəfində qaşı qaldırmaq, gözü bağlamaq, ağız hərəkətləri edə bilməmək ilk göstəricilərdir. Üz iflicindən qismən qorunmaq mümkündür. Buna görə də nəmli saçlarla küçəyə çıxmayın. Soyuq havada uzun müddət açıq məkanda durmayın, getdiyiniz maşının pəncərəsi açıq olmamalıdır.
Soyuq havada ən çox rast gəlinən narahatlıqlardan biri də qırmızı göz xəstəliyidir. Soyuq hava və külək insanın üzünə vurduğu zaman gözdə qaşınma və yanma baş verir. Bu, müalicəsi olan, lakin ciddi xəstəlikdir. Buna görə də soyuq və küləkli havada gözlərin ətrafını bağlayan eynəklərdən istifadə edin. Eyni zamanda kondinsioner və saç qurudan alətin küləyinin gözlərinizə doğru vurmamasına diqqət etmək məsləhətdir.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.