Soyuq suyun zərərləri
2. 244 dəfə baxılıb
İsti yay günlərində insanların əksəriyyəti məhz soyuq içkilərin qəbuluna (su, sərinləşdirici içkilər, limonad və s.) üstünlük verir.
Lakin bir çoxları bilmir ki, soyuq mayenin daim qəbulu onların səhhətinə çox ciddi ziyan vura bilər. Soyuq su yerli immuniteti zəiflədir (selikli qişaların immuniteti) və bu səbəbdən insanda soyuq mayenin qəbulundan sonra tonzillit (angina) və s. iltihablar inkişaf edə bilir.
Çox soyuq mayenin qəbulu baş ağrısına səbəb ola bilər.
Soyuq mayenin qəbulu zəiflik və yuxululuq gətirir.
Soyuq maye dişlərimiz üçün də çox ziyanlıdır. O diş emalının üzərində çatların əmələ gəlməsinə səbəb ola bilər.
Lakin soyuq mayenin insanın mədə-bağırsaq sisteminə olan mənfi təsiri daha da böyükdür. Məsələ burasındadır ki, soyuq suyun təsiri nəticəsində qida mədəni daha tez, sürətlə tərk edir. Nəticədə normal həzm prosesləri kobud şəkildə pozulur. Bu isə disbakterioz, enterit, kolit və s. həzm sistemi xəstəliklərinə səbəb ola bilər.
Bundan əlavə qida mədəni tez tərk etdiyi üçün insan toxluq hiss etmir və lazım olandan artıq qida qəbul edir. Bu isə piylənmə üçün çox əlverişli şərait yaradır. Məhz bu səbəbdən kafe və restoranlar öz müştərilərinə əksər hallarda məhz soyuq içkiləri təklif edir.
Bir çox insanların fikirinə əks olaraq, ilıq maye soyuq maye ilə müqayisədə daha yaxşı susuzluğu yatırdır. İlıq su bağırsaqlarımızda daha tez mənimsənilir.
(Atv.az)
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət – sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)