Soyuqdəymədən xilas edən ədviyat
958 dəfə baxılıb
Qış aylarında soyuq havalardan şikayətiniz varsa, çox üşüyürsünüzsə yeməkdə və çayda darçın istifadə etmək məsləhətdir.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, darçın xolesterolu tənzimləyir və immun sistemini gücləndirməklə bir çox xəstəlikləri önləyir. Bu bitkinin bir çox faydaları var. Xüsusilə də, şəkəri aşağı salan xüsusiyyəti var. Dəmlədiyiniz çayın içərisinə darçın çubuğu salsanız, həm onun antioksidan xüsusiyyətindən yararlanar, həm də şəkərinizi yüksəltməmiş olarsınız.
Eyni zamanda çubuq darçını içəcəyiniz suyun içərisinə ataraq da istifadə edə bilərsiniz.
Darçın soyuqdəymənin və qripin dərmanıdır. Toz halında olan darçından südə qatıb içmək faydalıdır.Onu daha çox isti içəcəklərdə istifadə etmək lazımdır.
Bu ədviyyat maddələr mübadiləsini sürətləndirərək, bədəndəki yağların əriməsinə yardım edir. Bundan əlavə, fiziki passivlik insanlarda çəki artımına səbəb olur.
Darçının yağların əriməsinə müsbət təsir edərək, maddələr mübadilərini sürətləndirir və insanı arıqladır. Toz şəklində olan darçın yeməklərin dadında tünd şəkildə hiss olunduğu üçün bunu sevməyənlərə çubuq darçınlardan istifadə etmək məsələhət görülür.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)