Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Suyu təkrar qaynatmağın orqanizmə zərərləri – Oxuyun!

Mart 10
17:31 2016

Yəqin ki, bir çoxlarınız çay və ya qəhvə hazırlamaq üçün suyu çaydana töküb qaynamağa qoymusunuz və telefon zəngi, ailə üzvlərindən kiminsə sizi çağırması və s. bu kimi səbəblərdən çay içməyi unutmusunuz.

Mətbəxə qayıtdıqda çaydandakı suyun artıq soyuduğunu görüb onu yenidən isitmisiniz. Lakin suyun təkrarən isidilməsinin sağlamlığıa nə qədər ziyanlı olduğunu bilirdinizmi?

Belə ki, qaynadıqdan sonra suyun tərkibi dəyişir, zərərli maddələr buxarlanır və su içmək üçün təhlükəsiz olur.

“Sələf Xəbər” Atv.az-a istinadən məlumat verir ki, su uzun müddət qaynadıqda və ya təkrarən isidildikdə onun tərkibindəki kimyəvi maddələr buxarlanmaq əvəzinə yenidən yığılmağa başlayır.

1. Mərgümüş (Мышьяк)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iddia edir ki, mərgümüş suyun tərkibində olduqda əhalinin sağlamlığı üçün daha çox təhlükə yaradır. Mərgümüş orqanizmdə tədricən yığılaraq mədə-bağırsaq traktı xəstəlikləri, periferik nevropatiya, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, dəri zədələnmələri, diabet və hətta xərçəng kimi xəstəliklərə gətirib çıxara bilər.

2. Nitratlar
Nitratlar yalnız torpaqda deyil, suda və hətta havada belə mövcuddur. Su yüksək temperatura məruz qaldıqda nitratlar kanserogen nitrozaminlərə çevrilir ki, bu maddələr də yumurtalıq xərçəngi, yoğun bağırsaq, sidik kisəsi, mədəaltı vəz, qida və mədə xərçəngi kimi xərçəng növlərini əmələ gəlməsinə səbəb ola bilər.

3. Flüor
Suyun tərkibində olan flüorun insan sağlamlığı üçün təhlükə yaratdığı faktı artıq təsdiqlənib. Elmi-tibbi jurnallardan birində içməli suda olan flüorun uşaqlarda IQ səviyyəsinin düşməsinə səbəb olduğunu təsdiq edən araşdırmanın nəticələri dərc olunub. 2013-cü ildə aparılan araşdırmalar isə flüorun dişi siçanlarda doğuş qabiliyyətini azaltdığını göstərib.

Beləliklə, su təkcə arıqlamağa xidmət etmir, eyni zamanda düzgün istifadə olunmadıqda orqanizmə zərər verə bilər.

Sələf Xəbər: “İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?” (Qurani-Kərim, “Əl-Vaqiə” surəsi, 68-70-ci ayələr)

“Uca Allah insanlara, yanğılarını söndürdükləri içməli su haqqında düşünməyi təklif edir. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, insanlar özləri heç vaxt suyu içməli edə bilməzdilər. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, buludlardan heç vaxt yararlı yağış suyu yağmazdı. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, yer üzündə böyük və kiçik çaylar axmazdı və yerin təkindən bulaqlar fəvvarə vurmazdı. Əgər Onun mərhəməti olmasaydı, onda insanların ləzzətlə qəbul etdiyi içməli su olmazdı, bütün sular duzlu, acı, faydasız olardı. Yaxşı, bəs siz niyə bu böyük lütfkarlığına görə Uca Allaha şükür etmirsiniz?” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 141 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 021 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 376 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 029 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 631 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:304. 976 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 876 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 446 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 808 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 456 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN