Telefonla çox danışanları nə gözləyir?!
876 dəfə baxılıb
Mütəxəssislər mobil telefonla çox danışan insanlara ciddi xəstəliklərin yaranması ilə bağlı xəbərdarlıq ediblər.
“Sələf Xəbər” Milli.Az-a istinadən xəbər verir ki, aparılan araşdırma nəticəsində uzun müddət telefonla danışmaq boyun yırtığı və beyində xərçəng yaranmasına səbəb olur.
Bütün günü baş ağrılarından şikayətlənən insanların başının ağrımasının da səbəblərindən biri uzun müddət telefonla danışmaqdır.
Telefonla danışmağa limit qoyulması bir qədər mümkünsüz olsa da, nə qədər az danışsaq, bir o qədər özümüzə xeyir etmiş olarıq. Telefon dalğaları boyun yırtığına səbəb olub, beyin hüceyrələrinə mənfi təsir göstərərək, xərçəngin yaranmasına səbəb olur. Bununla belə, telefon ən çox bel nahiyəsində daşındığı üçün dalğalar beldə də yırtığın yaranmasına yol açır.
Telefonla nə qədər çox danışsaq, səhhətimizdə o qədər çox problemlə qarşılaşarıq. Telefon dalğalarına daha çox məruz qalmaq vücudun hər nahiyəsində yerləşən xəstəlik yataqlarını canlandırır.
Bu şüalardan az da olsa, yayınmaq üçün telefonla danışarkən qulaqcıqlardan istifadə edilməsi və telefonların çantada daşınması vacibdir.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət – sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)