Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Televizora çox baxmaq beyni məhv edir

İyul 28
16:39 2015

ABŞ-da aparılan bir araşdırmaya görə, televizora çox baxmaq beyni öldürür və alzeimer riskini artırır.

ABŞ-ın Kaliforniya ştatında aparılan bir araşdırmaya görə hər gün 4 saat və daha çox televizora baxanlarda yaddaş pozğunluğunun yarandığı aşkarlanıb.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, San-Fransiskoda yerləşən Şimali Kaliforniya Araşdırma və Təhsil İnstitutunun etdiyi və Alzeimer Dərnəyinin konfransında açıqlanan nəticələrə görə hərəkətsiz həyat tərzi zehnə pis təsir edir və günün 4 saatını televizora baxaraq keçirən insanlarda ağlını itirmə riskini artırır.

Araşdırma məqsədi ilə bir qrup insan üzərində yetkinlik çağından etibarən 25 il ərzində müşahidə aparılıb. Kaliforniya Universitetində psixatriya, nevrologiya və epidemiologiya professoru olan Kristin Yaffe araşdırmanın xüsusilə gənclər və uşaqlar üçün çox əhəmiyyət kəsb etdiyini və bunun nəzarət altında saxlanılmasını bildirib.

Alimin fikirinə görə, sadəcə televizora baxan və hərəkət etməyən insanlar deyil, elektronik alətlərdən asılı halda yaşayan insanlar da risk altındadır. Onun sözlərinə görə, bu əslində yaxşı bir xəbərdir. Çünki uzun illərdir ki, elm adamları alzeimer xəstəliyinin müalicəsini və qarşısının alınma üsullarını araşdırırdı. Bu araşdırmanın nəticələrinə görə insanlar daha hərəkətli bir həyat tərzi yaşasalar alzeimer riskini azalda biləcəklər.

Daim hərəkətli həyat tərzi yaddaş pozğunluğunun qarşısını alır və bu xəstəliyə tutulma riskini də azaldır.

Sələf Xəbər: İbn Qayyim (Allah ona rəhmət etsin) buyurub: “Vaxtı israf etmək ölümdən daha betərdi. Çünki vaxtı israf etmək, insanı Allahdan və Axirət diyarından ayırır. Ölüm isə, insanı dünyadan və onun əhlindən ayırır”. (“əl-Fəuəid” kitabı)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 981 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN