Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Təyyarə ilə uçuş zamanı bunlara diqqət!

İyul 31
17:32 2015

Hava nəqliyyatı rahat olmaqla yanaşı sağlamlıqla bağlı bəzi riskləri də bərabərində gətirə bilər.

Xüsusilə də təyyarənin qalxması və enməsi zamanı qulaqlarda hiss edilən ağrı bəzən səfər zamanı, bəzən səfərdən sonra belə, şikayətlərin davam etməsinə yol aça bilər. Qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssis, Kemal Demir təyyarə səfərləri əsnasında tətbiq ediləcək bir neçə kiçik üsulla daha rahat şəkildə səyahət edilə biləcəyini qeyd edib.

Beləliklə, “Sələf Xəbər” Lent.az-a istinadən səyahət zamanı diqqət edilməsi vacib olan məqamları sadalayır:

Gündəlik həyatda hiss edilən açıq hava təzyiqi ilə hündürlüyə qalxdıqda hiss edilən təzyiq arasında böyük fərq var. Təyyarə səfərlərində yüksək nöqtələrə olduqca sürətli bir qalxma gerçəkləşdiyi üçün bədən bu təzyiq fərqinə uyğunlaşmaqda çətinlik çəkə bilər. Yaşanan təzyiq fərqi bədənin fərqli bölgələrində hiss edilməklə yanaşı ən bariz şəkildə qulaqlarda ortaya çıxır. Orta qulaq tunellə burun boşluğuna açılır və qulaq pərdəsinin xarici tərəfindəki təzyiqlə daxilindəki təzyiqi tarazlamağa çalışır. Təyyarə səyahətlərində əsasən qulaq daxilindəki təzyiq aşağı olur və qulaq pərdəsi içəriyə doğru paraşüt kimi çökə bilir. Qulaq pərdəsindəki itələnmə-çəkilmə artıq olduğu zaman tıxanıqlıq hissi ilə yanaşı ağrı da hiss edilə bilir.

Təyyarə səyahətlərində mövcud yüksəklik, enmə və qalxma sürəti ilə kabinədəki təzyiqi tarazlayan cihazların düzgün işləməsi də hiss edilən təzyiq baxımından önəmlidir. Eyni zamanda, səyahət edən insanın sağlamlığı da hiss edilən təzyiq baxımından önəmli faktordur. Qrip, soyuqdəymə, sinüsit, tənəffüs yolu infeksiyaları kimi səbəblərdən burun tıxanıqdırsa, təzyiq və ağrı daha çox hiss edilir. Qulaqda hiss edilən ağrı və təzyiq bilinənin əksinə olaraq, burnun lazımi qaydada funksiyasını yerinə yetirə bilməməsindən qaynaqlanır. Burun düzgün nəfəs ala bilmədiyi hallarda burun və orta qulaq boşluğuna yetərli hava daxil ola bilmir, hava azlığı səbəbilə də təzyiq dəyişikliyinə uyğunlaşmaq daha gec baş verir.

Qulaq-burun-boğaz xəstəliklərinə meylli olan insanların təyyarə səyahətlərində daha diqqətli olmaları məsləhət görülür. Səyahətə çıxılacaq günlər ərzində burun tıxanıqlığı, üst tənəffüs yolları infeksiyaları, səs qısıqlığı, boğaz ağrısı kimi şikayətləri olan insanların həkimə müraciət etməsi, lazım gələrsə, səyahətin təxirə salması faydalı olar. Səyahətdən əvvəl əlamətlər şiddətli olmasa belə hiss edilən ağrılar səbəbilə səfər olduqca narahat keçə bilər.

Orta qulaq sisteminə hava axınını təmin edən üzvlər udqunma hərəkəti ilə qidalanır. Xüsusilə də qalxma və enmə əsnasında kiçik udumlarla su və ya ilıq maye qəbul etmək udqunmaq hərəkətini təmin edər.
Qulaqlardakı tıxanıqlıq hissindən yaranan ağrını azaltmaq üçün udqunma ilə birlikdə çənə hərəkətlərinin də aktivləşməsini təmin edən saqqız çeynənilməsi faydalı olur. Saqqız çeynəmək ağrının və tıxanıqlıq hissinin aradan qaldırılmasında faydalıdır.

Ağzın və burnun qapadılıb qulaqlara hava təzyiqi göndərilməsi kimi bilinən “Valsalva manevri”ndən son çarə kimi istifadə olunur. Bu hərəkəti düzgün edə bilmək böyük əhəmiyyət kəsb edir. Yanlış edilərsə, arzu olunmayan nəticələrə gətirib çıxara bilər.

Körpələrin təyyarə səyahətləri zamanı daim ağlamalarına səbəb də bu kimi hallardır. Əgər körpə ana südü ilə qidalanırsa, ona süd vermək çox faydalı olar. Bir az böyük uşaqlar isə yetkinlərin istifadə etdiyi su içmək və saqqız çeynəmək kimi üsullardan faydalana bilərlər.

Təyyarə səyahəti bitdikdən sonra hiss edilən ağrılar əsasən bir neçə saat ərzində başa çatır. 10-12 saat ərzində keçməyən ağrıları gözardı etməmək lazımdır. Bu kimi hallarda burun-qulaq-boğaz həkiminə müraciət edilməsi tövsiyə olunur. Təyyarə səyahətlərində meydana gələn tıxanıqlıqlar və ağrılar tez-tez olmamaqla yanaşı daimi narahatlıqlara da səbəb ola bilər.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.
Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 226 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 083 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 462 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 103 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 754 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 088 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 544 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 014 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 530 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN