Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Təzə paltarlar geyinmədən öncə yuyulmalıdır

Mart 25
17:06 2016

Kolumbiya Universiteti Tibb mərkəzinin professoru dermatoloq Donald Belsito dükanlardan və s. yerlərdən alınmış təzə paltarı evə gətirən kimi dərhal yumağı tövsiyə edir.

Təzə paltarlara gözəl, ütülənmiş görünüş vermək üçün xüsusi kimyəvi maddələr istifadə olunur ki, bu maddələr səpgilərə, qaşınmaya və digər allergik reaksiyalara səbəb ola bilər.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, dermatitlərin müalicəsi ilə məşğul olan professorun sözlərinə görə, formaldegid qətranı xüsusilə təhlükəlidir. Bu maddə təzə paltarlarda olan büküşləri açmaq və paltarları kifdən qorumaq üçün istifadə olunur. Bu maddə də dərinin qıcıqlanmasına və allergik reaksiyalara səbəb olur. Bəzi mütəxəssislər bu maddəni kanserogen (xərçəng əmələ gətirən) hesab edirlər.

Parçaların boyanması üçün istifadə olunan boyalar da təhlükə mənbəyi sayılır. Bir çox sintetik parçalar azo-anilin boyalarla boyanır ki, bu boyalar allergiyadan əziyyət çəkən insanlarda kəskin allergik reaksiyalara səbəb ola bilər.

Bu səbəbdən mütəxəssislər belə parçalardan hazırlanmış paltarları zərərsizləşdirmək üçün aldıqdan sonra bir dəfə deyil, hətta 2 dəfə yumağı tövsiyə edirlər.

Bundan əlavə ekspertlər xəbərdarlıq edir ki, dükanlarda satılan paltarlarda bakteriyalar, mikroblar və hətta həşəratlar və onların yumurtaları ola bilər.

Beləliklə, dükandan alınan istənilən paltarı geyinmədən öncə mütləq yumaq lazımdır.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət- sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 975 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 606 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 084 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 619 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 237 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 644 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 436 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 989 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 496 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN