Ürəyin sağlamlığı üçün ağ tut
May 19
16:37
2016
934 dəfə baxılıb
Ağ tut çox faydalı müalicəvi məhsuldur. Ağ tutun dəmləməsi, şirəsi xalq təbabətində bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, ağ tut bəlğəmgətirici, iltihab və mikrobəleyhinə təsirə malikdir, qanın tərkibini yaxşılaşdırır, ürəyin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir, sinir sistemi üçün faydalıdır.
Sizə ürəyi möhkəmləndirən və ürəyin fəaliyyətini yaxşılaşdıran ağ tutun dəmləməsinin reseptini təqdim edirik. Belə dəmləməni hər gün uzun müddət ərzində içmək olar.
2 x.q. ağ tutun üzərinə 1 stəkan qaynar su tökün və termosda 2 saat ərzində dəmləyin. Dəmləməni gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul edin.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)