Uşağı məktəbə gedən valideynlərə 5 tövsiyə
836 dəfə baxılıb
Dərslərin başlanmasına artıq bir neçə gün qalıb. Gənc valideynlərin əksəriyyəti uşağı məktəbə necə yola salmağı və yeni dərs ilinə problemsiz başlamağın yollarını düşünürlər. Mütəxəssislərin bununla bağlı valideynlərə bir sıra tövsiyələri var.
“Sələf Xəbər” Milli.Az-a istinadən tədris ilinə sağlam başlamağın 5 qaydasını təqdim edir:
Məktəb ilinin başlamasına qədər valideynlərin əsas işi uşağın sağlam olduğuna əmin olmaqdır. Əgər uşağın sağlamlığı ilə bağlı hər hansı problemi varsa, onu mütləq həkimə göstərin. Nəzərə almaq lazımdır ki, məktəbə qədəm qoyan uşaq yeni və fərqli sistemə düşür, qida və istirahət sistemində dəyişiklik olur.
Uşağa yuxudan tezdən oyanmağı öyrədin. Bunu dərsə bir neçə gün qalmışdan başlayın. Elə bu gündən başlaya bilərsiniz. Əgər uşağı səhər zəngli saatın səsi oyadarsa, bu onun psixologiyasına pis təsir edər və onda stress yaradar. Ona görə də çalışın ki, uşaqda səhər yuxudan erkən oyanmaq vərdişi yaransın.
Uşağınızın səhər yeməyini yeməsinə fikir verin. Nəzərə alın ki, səhər yeməyi orqanizmi enerji ilə təmin edir və gün ərzində aktiv olmasına kömək edir.
Uşağa gigiyena qaydalarını öyrədin və bunun mütləq olduğunu başa salın. Məsələn, ona yemək yeməzdən əvvəl, ayaqyoluna gedəndən sonra, oyun oynayandan sonra – xüsusən də oyunu küçədə oynayıbsa, əllərinin yuyulmalı olduğunu izah edin. Əksər infeksiyaların çirkli əl vasitəsilə keçdiyini nəzərə alsaq, bu, onu bir çox xəstəliklərdən qorumuş olar.
Uşağa başa salın ki, dırnaqları, qələm və karandaşı gəmirmək olmaz. Dırnağın altında, eləcə də, qələm və karandaşın səthində çoxlu təhlükəli bakteriyalar var. Onların bir çoxu orqanizmə ağız vasitəsilə keçir və çox ciddi problemlərə səbəb olur.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)