Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Uşaqlarda qanazlığının ƏLAMƏTLƏRİ: diqqətli olun!

Oktyabr 21
18:30 2016

El arasında qan azlığı anemiya adı ilə daha çox tanınır. Bu xəstəlik böyüklərlə yanaşı, uşaqlar arasında da geniş yayılıb. Bəs uşaqlarda bu problemi yaradan səbəblər nələrdir?
Selefxeber.azAile.lent.az”a istinadən bununla bağlı pediatr Günay Rəsulovanın fikirlərini təqdim edir.

Həkim deyir ki, uşaqlarda qanazlığının əsas səbəbi dəmir əskikliyidir: “Digər səbəblər arasında uşaqlara çay vermək, 1 yaşdan tez uşaqlara inək südü içirtmək, gizli qanitirməyə səbəb ola biləcək bəzi xroniki xəstəliklər var. Bu xroniki xəstəliklərə inək südü allergiyası, seliakiya xəstəliyi, xroniki ishallar, qurd xəstəlikləri, mədə xorasını aid etmək olar. Bundan başqa, uşağın 6 ayı tamam olmamış əlavə qidaya başlamaq da qan azlığına səbəb olur. Bu qidalar ilk 6 ay ana südündəki dəmirin mənimsənilməsini pozur. Eləcə də əlavə qidaya gec başlamaq eyni problemi yarada bilər. Odur ki, 6 aydan sonra uşağın qida rasionuna dəmirlə, vitamin C ilə zəngin qidalar – ət, yumurta, meyvə, tərəvəz daxil edilməlidir”.

Pediatrın sözlərinə görə, uşaqlarda ilk 6 ayda dəmir “depolarında” yığılan və ana südü ilə alınan dəmir hesabına qanazlığı demək olar ki görülmür. 6 aydan etibarən bu depolar tükənir və hemoqlobin düşməyə başlayır. Ona görə 5-6 ayından etibarən uşaqlara profilaktik dəmir preparatlarının (Ferropol) verilməsi qanazlığının qarşısını alır.

G. Rəsulova qanazlığının əlamətlərini sadalayır. Belə uşaqlarda avazıma, əl-ayaqda soyuma, halsızlıq, yuxusuzluq, iştahsızlıq, yeməkdən imtina etmə, immunitetin aşağı düşməsi, tez-tez xəstələnmə, tez yorulma halları olur: “İmmunitetin güclü olmasına əsas səbəb qan elementləridir. Anemiyası olan uşaqların immuniteti aşağı olur, tez-tez xəstələnirlər, ürəkdöyünmə, oksigen çatışmazlığı olur, ağır anemiyalarda ürək çatışmazlığı kimi fəsadların yaranması da mümkündür. Anemiyası olan uşaqlarda patoloji iştah baş qaldırır. Bu, normalda yeyilməsi mümkün olmayan nələrəsə qarşı iştahdır. Torpaq, təbaşir yemə, ayaqqabı mazı, neft iyləmə kimi meylləri olur. Uşağınızda sadalanan əlamətlər varsa, diqqətli olun. Qan analizi etdirin. Uşaqda qanazlığının olub-olmamasını bilmək üçün sadə bir hemoqramm yetərlidir. Sadə bir qan analizi ilə uşaqda qanazlığı varmı, hansı növüdür, qanazlığının səbəbi talassemiya daşıyıcılığıdırmı kimi mühüm bilgilər almaq olur. Əgər qan azlığı dəmir defisitinə bağlıdırsa, qarşısını alma və aradan qaldırma metodları tətbiq edilir. Əgər talassemiya daşıyıcılığı ilə bağlıdırsa, əksinə, dəmir preparatlarından uzaq durmaq lazımdır. Odur ki, indiyə qədər kimin körpəsinə qan analizi olunmayıbsa, mütləq olunsun. Qanazlığı xəstəliyi vaxtında diaqnostika olunarsa, kurs müalicə ilə aradan qalxır”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 973 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 604 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 081 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 618 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 235 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 643 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 434 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 984 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 492 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 963 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN