Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Uşaqları bu qidalardan uzaqlaşdırın

Sentyabr 18
17:48 2015

Məktəbdə və evdə yeyilən qidaları seçərkən diqqətli olmaq lazımdır. Uşaqların qida seçimi onların inkişafına təsir edir. Uşaqları hansı qidalardan uzaq tutmaq lazımdır, yemək zamanı hansı qidalar üstünlük təşkil etməlidir?

“Sələf Xəbər” Milli.Az-a istinadən bununla bağlı bəzi məsləhətləri təqdim edir:

Uşaqların sağlam qidalanması üçün dörd qrupa bölünən qidalardan lazımi miqdarda və balanslı bir şəkildə qidalanmaları önəmlidir. Süd qrupunda yer alan süd, qatıq, ət qrupunda ət, toyuq, yumurta, quru paxlalılar, tərəvəz, meyvə və taxıl qrupunda olan çörək, bulqur, makaron, düyü və s. qidaların hər yeməkdə lazımi miqdarda yeyilməsinə diqqət etmək lazımdır.

Səhər yeməyi uşaqlarınızın məktəbdə uğur qazanmasına təsir edir. Uşaqların, xüsusən sümük və dişlərinin inkişafı üçün hər gün imkan daxilində 2-3 stəkana qədər süd və ya qatıq, 1 kibrit qutusu ölçüsündə ağ pendir yemələri önəmlidir. Bununla yanaşı, xəstəliklərə qarşı daha müqavimətli olmaları, sağlam böyümə və inkişafları üçün hər gün ən azı 5 boşqab təzə tərəvəz və ya meyvə yeməkləri məsləhətdir. Şagird və tələbələr üçün ən önəmlisi səhər yeməyidir. Bütün gecə davam edən aclıqdan sonra bədən və beyniniz günə başlamaq üçün enerjiyə ehtiyac duyur. Səhər yeməyi yeyilmədikdə diqqət dağınıqlığı, yorğunluq, baş ağrısı və zehnin performansında azalma yaranır. Buna görə də günə kifayət qədər və balanslı səhər yeməyi ilə başlamaq şagird və tələbələrin məktəb uğurlarının artmasında son dərəcə önəmlidir.

Uşaqları hər gün səhər nizamlı olaraq səhər yeməyi yeməyə vərdiş etdirmək lazımdır. Pendir, təzə meyvə və ya meyvə suları, bir neçə dilim çörək, 1 stəkan süd uşaqlar üçün səhər yeməyinə kifayət edər. Xüsusən keyfiyyətli zülal, zəngin vitamin və mineral tərkibli qaynadılmış yumurtanın tez-tez yeyilməsi məsləhətdir.

Uşaqlarınızı açıqda satılan qidalardan uzaq tutun!

Açıqda satılan qidalar kifayət qədər güvənli və təmiz deyil. Bundan başqa, uyğun şərtlərdə mühafizə edilmədikləri üçün tez xarab olma riskləri var. Buna görə də xüsusən də məktəbin əhatəsində açıqda satılan qidalar qətiyyən alınmamalıdır. Uşaqların məktəb yeməkxanaları, bufetlər kimi müxtəlif yerlərdən satın aldıqları qidaların seçimində də diqqətli olmalısınız. Süd, ayran kimi qabda satılan qidaları alarkən etiketinin olub-olmamasına, orada yerləşdirilən məlumata, son istifadə müddətinə, qabsız satılan qoğal, peraşki kimi xəmir qidalarının təmiz və güvənli şəkildə hazırlanmasına əmin olmaq lazımdır.

Məktəbdə və ya evdə dərs hazırlayan zaman yeyilən qidalar da önəmlidir. Misal üçün, şirniyyatlar, tərkibində şəkər olan, çipsi kimi yağlı və duzlu qidalar, qazlı içkilər yerinə süd, qatıq, südlü şirniyyatlar, çörəyin arasına qoyulmuş pendir, təzə sıxılmış meyvə suları, çərəzlər, qurudulmuş meyvələr kimi qidaların yeyilməsi daha məsləhətlidir. Qida çantası və su qabları hər gün təmizlənməlidir. Uşaqlar siqaret çəkilməyən məkanlarda olmalıdırlar, onların yanında siqaret çəkməyə icazə vermək olmaz və hətta yaşadığınız evdə siqaretin çəkilməsinə qəti qadağa qoymaq lazımdır.

Uşaqlar bu qidalardan uzaq durmalıdırlar

Qəhvə: İnfarkta yol açmaqla yanaşı yuxusuzluq və dişlərdə saralmaya yol açır.

Kartof qızartması (free): Kartof qızartması uzun müddət yeyilərsə, tərkibindəki akrilamid maddəsi damar sərtliyi, şişkinlik və xərçəngin yaranmasına səbəb olur.

Kolbasa, sosiska: Tərkibində natrium nitrit olan kolbasa və sosiskanın yeyilməsi xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Çipsi: Mütəxəssislər çipsi yeməyin yağ içməkdən fərqi olmadığını deyir. Bu qida xərçəng xəstəliyindən piylənməyə, şəkər xəstəliyindən unutqanlığa qədər bir çox xəstəlik yaradır.

Asitli içkilər: Tərkibində asit olan bu cür içkilərin mədə və bağırsaq xəstəlikləri yaratma ehtimalı var.

Hazır şorba: Toz halına gətirilmiş, dəfələrlə istehsal olunmuş, içərisində həddən çox qatqı maddələri olan hazır şorbalar xərçəngə yol açır.

Rəngli şirniyyatlar: İçərisində rəng yaradan kimyəvi maddələr olan şirniyyatlar diş çürüməsi başda olmaqla, piylənmə, şəkər xəstəliyi, ürək və qan dövranı xəstəlikləri, xərçəng, yüksək təzyiq, iflic, xora, astma, revmatizm, xroniki yorğunluq sindromu və sümük əriməsinə səbəb olur.

Çiy yumurta: Çiy yumurtanın təkibində zərərli salmonella mikrobu var ki, bu da müxtəlif xəstəliklər törədə bilər.

Hazır meyvə suları: Hazır meyvə sularının tərkibində qatqı maddələri, eyni zamanda qlükoza, yəni şəkər səviyyəsi yüksək olur. Ona görə də evdə təzə sıxılmış meyvə sular içmək məsləhətdir.

Spirtli içkilər: Spirtli içkilər beyin və sinir sisteminə mənfi yöndə çox böyük təsir edir.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”. (Qurani-Kərim, “Nəhl” surəsi, 114-cü ayə)

İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər, hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 214 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 077 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 446 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 091 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 739 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 043 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 938 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 503 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 972 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 513 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN