Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Uşaqları bu təhlükədən qoruyaq

Avqust 28
19:29 2015

Azərbaycanda orta məktəblərdə mütəmadi stomatoloji baxışların keçirilməsi təklif olunur.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Milli Məclisdən verilən məlumata görə, növbəti iclaslarda bu məsələ ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinin təklif edilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, ağız boşluğunda infeksiyaların vaxtında aşkar edilərək aradan qaldırılması vacibdir və bu, profilaktikanın ən önəmli sahələrindən biridir: “Ağız boşluğunda olan infeksiya sonradan daha ciddi fəsadlara gətirib çıxarır. Problemin qarşısını vaxtında almaq lazımdır ki, digər xəstəliklərə yol açmasın. Orta məktəblərdə şagirdlərin ağız boşluğunun müayinə olunması, müayinədən sonra lazım gələrsə, müalicə edilməsi və müalicənin də uşaqlara ağrı, psixoloji tramva vermədən aparılması vacib məsələdir”.

Mənbənin sözlərinə görə, bu gün Azərbaycanda səhiyyə sahəsi xeyli inkişaf edib, Azərbaycanda orqan köçürülməsindən tutmuş digər ağır əməliyyatlar həyata keçirilir: “Ancaq elə məsələlər var ki, diqqətdən kənarda qalır. Gərək valideynlər özləri də bu məsələdə diqqətli olsunlar”.

Ekspertlər də bu məsələnin olduqca vacib olduğunu qeyd edirlər. Onların qənaətincə, ağız boşluğunda olan mikroblar daha sonra özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki iltihab prosesi diş kökü ətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 316 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 131 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 512 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 157 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 824 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 160 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 014 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 596 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 063 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 573 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN