Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Uşaqları dərmansız sağaltmağın yolları

Noyabr 06
17:24 2015

Öskürək, burun tıxanması, qızdırma, ürəkbulanma, diş çıxarma, həşarat dişləməsi,qəbzlik, qaz sancısı kimi sağlamlıq problemləri həm uşaqlar, həm də analar üçün cansıxıcı bir hal ola bilir.

Uşaqların hər bir problemində ilk ağlımıza gələn çarə dərman olmamalıdır. İlk əvvəl başqa təbii üsulları sınamaqda fayda var. Bəzən soğan, zəncəfil, limon, bal, ərik kimi təbii vasitələr uşaq xəstəliklərini düşündüyünüzdən də daha yaxşı müalicə edir. Uşağınızda qaz, qızdırma, ağrı kimi problemlər ilə rastlaşdığınızda dərmandan istifadə etməmişdən əvvəl təbii üsullarla sağaltmağa çalışın.

“Sələf Xəbər” Milli.Az-a istinadən bu tipli təbii üsulların bir neçəsi ilə sizi tanış edir:

Uşaqda hərarət yüksəlibsə, dərman içirmək əvəzinə soyuq suya bir limonu dilimləyin və dəsmal ilə həmin qarışımı bədəninə çəkin. Uşağınıza şok təsiri bəxş etməməsi üçün suyun temperaturunun çox soyuq olmamasına diqqət edin. Limonun təravətləndirici xüsusiyyəti sərin su ilə birləşdiyində qızdırmanı aşağı salır.

Uşağınızın burnu tutulduğunda burun açıcı spreylərin əvəzinə soğanın nəfəs açma xüsusiyyətindən yaralana bilərsiniz. Bir qaba soğan dilimləyin və bu qabı uşağın yatağının yaxınlığına qoyun. Soğanın kəskin qoxusu uşağın burun tutulmasını aradan qaldıracaq.
Əgər uşağınızı maşın tutursa, nəqliyyata minməmişdən əvvəl ona zəncəfilli çay içirin. Zəncəfilin faydalarından yararlanaraq uşağınızın mədəsindəki sıxılmaları azalda bilərsiniz. 100 ml suya 1 çay qaşığı rəndələnmiş təzə zəncəfil töküb dəmləyin və dadlı olması üçün biraz bal əlavə edin. Çayı yola çıxmamışdan yarım saat əvvəl uşağınıza içirin.

Uşaqlarda diş çıxarmaq mərhələsi onların ən stresli vaxtlarıdır. Uşaqların diş çıxarma mərhələsindəki sıxıntılarını azaltmaq üçün bir qabda ilıq çobanyastığı çayı qoyun.Təbii sabunla yuyulmuş və yaxşı durulanmış dəsmalı həmin çayda isladın. Daha sonra həmin dəsmalı çeynəməsi, damağına sürtməsi üçün ona verin. Çobanyastığı çayı diş ətindəki gərginliyi azaldır və qaşıntının azalmasına səbəb olur.

Həşərat və ağcaqanad dişləmələrinə qarşı karbonat istifadə edin. Uşağınızı həşarat və ya ağcaqanad sancıbsa, 1 çay qaşığı karbonat və iki şirniyyat qaşığı su istifadə edərək bir məcun hazırlayın və həşarat sancmasının üzərinə çəkin. Bu üsul qaşıntını azaltmaq üçün ən yaxşı vasitədir.
Ana südünün faydaları saymaqla bitməz. Uşağınızın üzündə əmələ gəlmiş sızanaqları yox etmək üçün gündə 3-4 dəfə öz südünüzü üzünə çəkin. Bu üsul uşağınızın üzündəki sızanaqların azalmasına kömək olacaq.

Bir yaşdan böyük uşaqlarda öskürmə başladığında o dəqiqə öskürək siroplarına müraciət etmək yerinə bal və zəncəfili qarışdırırb bir çay qaşığı uşağınıza verin. Zəncəfil və bal öskürəyin azalmasını və boğazın yumşalmasını təmin edir.

Ağrılar üçün uşağınıza ağrıkəsici vermək yerinə bir corabın ya da kisənin içinə duyu töküb sobada çox da isinməməsinə diqət edərək qızdırın. Daha sonra ilıq düyü kisəsini uşağınızın ağrıyan nahiyyəsinə qoyun. Düyü soyuduqdan sonra təkrar qızdırıb prosedura davam edə bilərsiniz.

Uşaqlarda qəbzlik tez-tez rast gəlinən problemlərdəndir. Bu problemi həll etmək üçün uşağınıza dərman vermək yerinə gavalı kompotu içirin. Gün ərzində uşağınıza ən çox iki qaşıq gavalı kompotu verməklə qəbzlik problemini həll etmiş olursunuz.

Uşağınızda əmələ gələn qaz ağrılarını azaltmaq üçün qaynadılmış suya yarım çay qaşığı cirə əlavə edib 5 dəqiqə qaynadın. Soyuduqdan sonra bu qarışımı uşağınııza içirin. Cirəli su uşağınızın qaz ağrısını azaldacaq.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 229 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 085 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 463 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 105 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 755 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 090 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 967 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 547 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 018 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 530 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN