Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Üzüm yarpağının faydaları

Aprel 23
19:00 2016

Yazda bişirilən yeməklər arasında təzə üzüm yarpağından hazırlanan dolma üstünlük təşkil edir və çoxları tərəfindən sevilir. Bəs üzüm yarpağının faydalarını bilirsinizmi? Mütəxəssislər iddia edir ki, əsasən də zeytun yağı ilə hazırlanan ətli yarpaq dolması aşağı kalori və yüksək qida dəyərinə malikdir, sağlam qidalanmaya xidmət edən yeməkdir.

“Sələf Xəbər” Milli.Az-a istinadən üzüm yarpağının faydalarını təqdim edir.

• Bağırsaq sağlamlığı üçün əhəmiyyətli olan posanın zəngin mənbəyidir. Yüksək posalı qidaların qəbizliyin qarşısını alma, xolesterolu aşağı salma və qan şəkərini yüksəltmə kimi müsbət təsirləri var. Dolmalarınızda düyü yerinə yarma istifadə etsəniz, posanın müsbət təsirlərindən yararlana bilərsiniz.

• Üzüm yarpağı tək halda xolesterol ehtiva etmir. Zeytun yağı ilə hazırlayacağınız dolmalar isə ürək sağlamlığı üzərinə qoruyucu təsirlərə malikdir.

• İmmunitet sistemini gücləndirən və infeksiyalara qarşı qoruyan A və C vitaminləri ehtiva edir. Bu vitaminlər həmçinin antioksidan vitaminlər olub xərçəngə qarşı bədənimizi qoruyur.

• Kalsium başda olmaqla manqan, mis, maqnezium və dəmir kimi müxtəlif mineralları ehtiva edir. Sağlam sümük və dişlər üçün kalsium əhəmiyyətli mineraldır. Süd və süd məhsulları kalsiumun təməl qaynağı olmaqla yanaşı, üzüm yarpağı kimi yaşıl yarpaqlı tərəvəzlər də kalsiumun bitki mənşəli qaynaqlarındandır.

• Unutqanlıq xəstəliyinə qarşı qoruyucudur. Üzüm yarpağının tərkibindəki komponentlər unutqanlıq xəstəliyinin səbəbi olan beyində beta amiloid düyünlərinin yığılmasının qarşısını alır.

• Üzüm yarpağı əsasən duzda saxlanılır. Duzun zərərli təsirlərindən qorunmaq üçün istifadədən əvvəl suda saxlamaq lazımdır ki, duzu yaxşıca çıxsın. Yüksək təzyiqi olan, böyrək xəstələri və müalicə müddətində sodiumdan uzaq dayanması lazım olan xəstələr tutma yarpaqdan hazırlanan dolmadan uzaq dursalar, yaxşı olar.

Sələf Xəbər: Uca Allah buyurur: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 222 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 081 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 454 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 098 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 747 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 075 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 955 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 529 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 002 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 529 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN