Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Üzümün tumu özündən daha faydalıdır

Avqust 20
15:28 2015

Üzüm qədim zamanlardan bəri ən faydalı meyvələrdən sayılır. Ancaq son illər aparılan araşdırmalar üzümün tumunun onun özündən daha faydalı olduğunu ortaya çıxarıb. İlk dəfə 1947-ci ildə fransız kimyagər, professor Cek Maskulie apardığı çoxsaylı araşdırmalardan sonra bu qənaətə gəlib ki, üzümün tumu bir çox xəstəliyin müalicəsində istifadə edilə bilər.

“Sələf Xəbər” Milli.Az-a istinadən üzüm tumunun araşdırmalar sonucunda ortaya çıxan ən faydalı xüsusiyyətlərini təqdim edir:

Üzüm tumu ən çox varikoz üçün yararlıdır. Bundan başqa, Fransada 100 nəfərin iştirak etdiyi araşdırma zamanı məlum olub ki, üzüm tumu kompyuter qarşısında çox vaxt keçirən insanlarda yaranan göz problemlərinin qarşısını alır. Tərkibindəki maddələr sayəsində yüksək təzyiqdən əziyyət çəkənlərə də kömək edir. Gündə bir ovuc üzümü tumları ilə birgə yeyənlərdə təzyiq sabit qalır. O, damarları təmizləyir və hüceyrələri yeniləyir. Həkimlər 30 yaşdan sonra hər bir insanın gündə yarım çay qaşığı üzüm tumunu çeynəyərək udmasını tövsiyə edirlər. Beləliklə, həm bir sıra xəstəliklərdən müdafiə olunmaq, həm də gənc qalmaq mümkündür.

Üzüm tumunun yağı təbii ağrıkəsici hesab edilir. Ağrıyan bölgəni bu yağla masaj etmək yaxşı effekt verir.

Sonda onu da qeyd edək ki, üzümün qlisemik indeksi yüksəkdir. Buna görə də, şəkər xəstələri və pəhriz saxlayanlar üzüm yeyərkən diqqətli olmalı, 1 ovucdan artıq yeməməyə çalışmalıdırlar.

Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 981 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 621 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 499 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN