Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Valideynlər, uşaqlarınıza məktəb çantası alarkən diqqətli olun!

Avqust 29
14:24 2015

Orta məktəbdə təhsil alan uşaqlar üçün çantaların düzgün seçilməməsi onların sağlam böyüməsinə mane olur.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, mütəxəssislərin tövsiyələrinə görə, istənilən yaşda olan məktəblilər bir çiyinə taxılan çantalardan istifadə etməməlidir. Bu, uşaqlarda skoliozun inkişafına səbəb olacaq. Ən uyğun variant – iki çiyinə taxılan çanta (“rükzak”) sayılır.

Boş çantanın çəkisi 1 kq-dan artıq olmamalıdır.

Kiçik yaşlı məktəblilərin çantaları sərt olmalıdır (bu xüsusilə uşağın belinə söykənən hissəyə aiddir) ki, çantanın içində olan kitablar və s. uşağın belinə təzyiq etməsin. Yeniyetmələr daha yumşaq çantalardan istifadə edə bilərlər.

İbtidai siniflərdə oxuyan uşaqların çantasının arxası ortopedik olmalıdır – onurğanın formasını təkrarlamalıdır. Bu uşağın qamətini pozmur, əksinə, qamətin normal formalaşmasına kömək edir.

Uşağın belinə söykənən hissə sərt olmalıdır, lakin onun üzərində yumşaq qat (adətən qubka, üzərində də toraoxşar material) olmalıdır ki, uşağa daha rahat olsun və onun beli tərləməsin.

Təbii ki, çantanın malı yüngül, keyfiyyətli, davamlı və su keçirməyən (neylon və ya poliester) olmalıdır. Çanta çox böyük, enli olmamalıdır.

Kiçik yaşlı uşaq üçün çanta seçdikdə daha parlaq rənglərdə olan çantalara üstünlük verin. Bu uşağın təhlükəsizliyi üçün vacibdir – belə çanta uzaqdan görünür və avtomobil sürücüləri bunu uzaqdan görüb daha diqqətli olacaqlar. Sürücülər üçün ən gözə çarpan rənglər sarı və narıncı sayılır.

Çantanın keyfiyyətindən, rəngindən və sairdən əlavə, çantanın uşağın belində düzgün oturmağı da çox vacibdir. Çantanın eni uşağın çiyinlərinin eni ilə təxminən eyni olmalıdır. Çantanın yuxarı hissəsi uşağın çiyinləri ilə, aşağı hissəsi uşağın beli ilə eyni səviyyədə olmalıdır.

Çanta uşağın belinə kip “yapışmalıdır”. Uşağa çox böyük, enli çanta almayın – bu onun qamətinə mənfi təsir edəcək.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 981 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 621 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 991 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 499 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN