Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Velosiped sürmək nə qədər faydalıdır?

Oktyabr 26
16:22 2015

İstər evdə, istər idman salonunda velosipedə minmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir yoldur. Eyni zamanda ucuz bir məşqdir.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, evinizə bütöv bir məşq dəsti almaq baha başa gələ bilər, amma bir velosipedlə lazım olan hər şey əlinizin altındadır. Velosipedə minməyin sizə uyğun məşq olub-olmadığını öyrənmək istəyirsiniz? Budur, sizə velosipedə minməyə başlamaq üçün 5 səbəb:

Məşq və ya yol velosipediylə arıqlayın

Velosipedə minmək kalori yandıraraq çəkinizi azaltmaq üçün çox faydalıdır. Böyük əzələlər işlədiyi üçün 65 kilo çəkisi olan insan bir saat ərzində orta sürətli velosipedlə, təxminən 500 kalori yandırmış olur. Həm də velosipedə minmək oynaqların həddindən artıq yük qaldırmadığı üçün hər yaşda olan insanlar üçün ideal bir məşqdir.

Ürək sağlamlığınızı qoruyun

Məşq etmək sadəcə arıqlamaq deyil, eyni vaxda sağlam və formada qalmaq üçün də əhəmiyyətlidir. Nizamlı olaraq ürək damarlarını məşq etdirən insanlar daha uzun ömür yaşayırlar. Sağlam ağciyərlərə sahib olmaq astma kimi tənəffüs xəstəliklərinə daha müqavimətli olmaq deməkdir. Orta və ya yüksək sürətli velosipedə minmək ürək döyüntüsünün sürətini artırar və formada qalmağa kömək edər.

Əzələlərinizi inkişaf etdirin

Velosipedə minmək hərəkətli və ya sabit bir velosiped üzərində edilən müqavimətli idman növüdür. Ayaqlarınızla pedalları çevirərkən əzələlərinizi inkişaf etdirirsiniz. Diz əzələləriniz kimi böyük əzələlərinizi inkişaf etdirir, maddələr mübadiləsi sürətini artırırsınız. Əzələlər hərəkət edə bilmək üçün kaloriyə ehtiyac duyur və buna görə də nə qədər çox əzələniz varsa, o qədər çox kalori yandırırsınız. Velosipedə minmək eyni vaxtda diz və ayaq biləyi əzələlərini də gücləndirir. Diz ağrısı çox rast gəlinən bir narahatlıqdır, velosiped sürməklə oynağın ətrafındakı əzələləri inkişaf etdirmək burxulma və əzilmənin qarşısını alar.

Pul yığın

Velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etsəniz, benzin yerinə kalori itirəcəksiniz. Bu da benzin və park etmə xərclərinin sıfra düşməsi deməkdir (velosiped üçün qıfıl almağı unutmayın). Bundan başqa, avtomobil sürmək əvəzinə velosipeddən istifadə edərək avtomobilinizə və cibinizə ziyan vurmazsınız.

Ətraf mühiti qoruyun

Bütün bu üstünlüklərlə yanaşı, velosipedə minərək istixana qazını və yol tıxaclarını da azaltmış olacaqsınız. Velosipedə minmək enerji məhsuldarlığı baxımından ən yaxşı nəqliyyat vasitələrindən olub dünyadakı bir çox insanın da ən sevdiyi nəqliyyat növüdür.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət- sağlamlıq bə boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 139 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 019 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 375 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 028 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 629 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:304. 975 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:235. 875 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 445 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:145. 807 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 455 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN