Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Velosiped sürməyin sağlamlığa hansı faydaları var?

May 28
16:16 2015

İstər evdə, istər idman salonunda velosipedə minmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir yoldur. Eyni zamanda, ucuz bir məşqdir.

Evinizə bütöv bir məşq dəsti almaq baha başa gələ bilər, amma bir velosipedlə lazım olan hər şey əlinizin altındadır. Velosipedə minməyin sizə uyğun məşq olub-olmadığını öyrənmək istəyirsiniz?

“Sələf Xəbər” Atv.az-a istinadən velosipedə minməyə başlamaq üçün 5 faydalı səbəbi təqdim edir:

Məşq və ya yol velosipediylə arıqlayın
Velosipedə minmək kalori yandıraraq çəkinizi azaltmaq üçün çox faydalıdır. Böyük əzələlər işlədiyi üçün 65 kilo çəkisi olan bir qadın bir saat ərzində orta sürətli velosipedlə, təxminən 500 kalori yandırmış olur. Həm də velosipedə minmək oynaqların həddindən artıq yük qaldırmadığı üçün hər yaşda olan insanlar üçün ideal bir məşqdir.

Ürək sağlamlığınızı qoruyun
Məşq etmək sadəcə arıqlamaq deyil, eyni vaxda sağlam və formada qalmaq üçün də əhəmiyyətlidir. Nizamlı olaraq ürək damarlarını məşq etdirən insanlar daha uzun ömür yaşayırlar. Sağlam ağciyərlərə sahib olmaq astma kimi tənəffüs xəstəliklərinə daha müqavimətli olmaq deməkdir. Orta və ya yüksək sürətli velosipedə minmək ürək döyüntüsünün sürətini artırar və formada qalmağa kömək edər.

Əzələlərinizi inkişaf etdirin
Velosipedə minmək hərəkətli və ya sabit bir velosiped üzərində edilən müqavimətli idman növüdür. Ayaqlarınızla pedalları çevirərkən əzələlərinizi inkişaf etdirirsiniz. Diz əzələləriniz kimi böyük əzələlərinizi inkişaf etdirir, maddələr mübadiləsi sürətini artırırsınız. Əzələlər hərəkət edə bilmək üçün kaloriyə ehtiyac duyur və buna görə də nə qədər çox əzələniz varsa, o qədər çox kalori yandırırsınız. Velosipedə minmək eyni vaxtda diz və ayaq biləyi əzələlərini də gücləndirir. Diz ağrısı çox rast gəlinən bir narahatlıqdır, velosiped sürməklə oynağın ətrafındakı əzələləri inkişaf etdirmək burxulma və əzilmənin qarşısını alar.

Pul yığın
Velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etsəniz, benzin yerinə kalori itirəcəksiniz. Bu da benzin və park etmə xərclərinin sıfra düşməsi deməkdir (velosiped üçün qıfıl almağı unutmayın). Bundan başqa, avtomobil sürmək əvəzinə velosipeddən istifadə edərək avtomobilinizə və cibinizə ziyan vurmazsınız.

Ətraf mühiti qoruyun
Bütün bu üstünlüklərlə yanaşı, velosipedə minərək istixana qazını və yol tıxaclarını da azaltmış olacaqsınız. Velosipedə minmək enerji məhsuldarlığı baxımından ən yaxşı nəqliyyat vasitələrindən olub dünyadakı bir çox insanın da ən sevdiyi nəqliyyat növüdür.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:168. 004 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 622 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 106 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 638 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 252 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 663 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 450 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:307. 002 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 514 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 975 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN