Vitamin çatışmazlığının 5 qəribə əlaməti
6. 772 dəfə baxılıb
Orqanizimdə vitamin çatışmazlığı baş verdiyi zaman ola bilsin ki, bunun heç fərqində olmayaq. Bu səbəbdən tez bir zamanda xəstə olub-olmamağımıza baxmayaraq, bu problemi yaşaya bilərik.
Bugünümüzdə istifadə etdiyimiz əksər qidalar üzündən vitamin çatışmazlığı yaşamaq olduqca təbiidir. Bunun səbəbi düzgün qidaları istehlak etməmək, ya da həzm probleminin olmasıdır. Vitaminlər orqanizmdə bütün biokimyəvi reaksiyaların kofaktoru olduğu üçün fəaliyyət pozuntuları yaşanar. Bəzən isə bu problemlər dolayı yollarla təzahür edə bilər.
“Sələf Xəbər” Hayat.com-a istinadən vitamin çatışmazlığını xəbər verən 5 əlaməti təqdim edir:
Ağız kənarlarında çatlar
Bu əlamət dəmir, sink və niasin (B3), riboflavin (B2), B12 kimi vitaminlərin çatışmazlığını göstərir. Demək, immunitet sistemi üçün lazımi proteinlərə və vitaminlərə etinasızlıq edilib. Daha çox ət (əgər vegeteryansınızsa) toyuq, ton balığı, kürü, günəşdə qurudulmuş pomidor, çuğundur, fıstıq yemək lazmdır.
Üzdə (və bəzən başqa nahiyələrdə) qırmızı, pulcuqlu ləkələr və saç tökülməsi
Bu zaman saç vitamini kimi də tanınan biotin (B7) çatışmazlığı yaşanır. Orqanizm A,D,E,K kimi yağda həll olunan vitaminləri saxlaya bilsə də, suda həll edilən B vitaminini saxlamır. Belə halla üzləşdikdə yumurta, armud, göbələk, gül kələm, lobya, fındıq, moruq, banan istehlakını artırmaq lazımdır.
Üzdə, qolda, budda şişlər
Əsas yağ turşuları, A və D vitaminlərinin çatışmazlığını xəbər verir.Onsuz da əvvəldən lazım olduğu kimi doymuş və trans yağlardan uzaqlaşıb, təbii yağlardan istifadə edilməlidir. Qoz, badam, fındıq, yaşıl yarpaqlı tərəvəzlər və yerkökü istehlakına diqqət yetirilməlidir.
Əllərdə, ayaqlarda və ya başqa yerlərdə uyuşma
B12 və fol turşusu (B9) kimi B vitamini nöqsanlarının göstəricisidir. Birbaşa periferik sinirə bağlı bir problemdir və dəridə sona çatır. Bu simptomlar, narahatlıq, depressiya, qan azlığı, yorğunluq və hormon natarazlıqları ilə də birləşər. İspanaq, meyvə, çuğundur, lobya, yumurtaya yönəlmək faydalıdır.
Şiddətli əzələ ağrıları
Maqnezium, kalsium və kalium çatışmazlığını göstərir. Ağır məşqlər, ya da başqa səbəblərdən çox tərləmələr orqanizmdə mineral itkisinə səbəb olur. Daha çox banan, badam, fındıq, balqabaq, gilas, alma, qreyfrut, brokkoli, kələm və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəz və meyvələrin istehlakı faydalıdır.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Allah-Təala qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)