Xərçəng şişinin müalicəsində inqilabi irəliləyiş əldə olunub
1. 212 dəfə baxılıb
Monreal Politexnik Universiteti, Monreal Universiteti və Makqill Universitetinin alimləri xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyiş əldə ediblər.
Onlar qan vasitəsilə hərəkət edən və dərman preparatlarını şişdəki müəyyən aktiv xərçəng hüceyrələrinə dəqiq çatdırmaq qabiliyyətinə malik yeni nanorobotlar hazırlayıblar. Belə üsul şişin optimal məhvini təmin edir, yaxınlıqda yerləşən orqan və sağlam toxumaları təhlükə altında qoymur.
Selefxeber.az-ın məlumatına görə Oxu.Az xəbər verir ki, “ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, alimlərin tədqiqat işindən bəhs edən “Magneto-aerotactic bacteria deliver drug-containing nanoliposomes to tumour hypoxic regions” adlı məqalə “Nature Nanotechnology” jurnalında dərc edilib.
Məqalədə siçan üzərində aparılmış tədqiqat işinin nəticəsi təsvir edilib: nanorobotlar dərman preparatlarını kolorektal şişə uğurla çatdırıblar.
Şişin içərisinə daxil olmuş nanorobotlar oksigenlə az təchiz edilmiş şiş hissələrini aşkar edərək dərman preparatlarını onlara çatdıra bilir. Məlum olduğu kimi, oksigenlə az təchiz olmuş hissələr şüa terapiyası daxil olmaqla müalicə metodlarının əksəriyyətinə qarşı dayanıqlıdır.
Sələf Xəbər: Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).