Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Xərçəngdən qorunmaq üçün 10 məsləhətə əməl edin

Noyabr 05
18:45 2015

Dünya Xərçəng Araşdırmaları Fondunun alimləri xərçəng xəstəliklərinin riskini azaltmaq üçün tövsiyələr veriblər.

“Sələf Xəbər” Lent.az-a istinadən həmin tövsiyələri təqdim edir:

1. Artıq çəki yığmayın. Artıq çəki 10 xərçəng növünün risk faktoru sayılır, xüsusilə bu, qaraciyər, prostat vəzi, bağırsaqlar, qadınlarda süd vəziləri xərçənginə aiddir.

2. Hərəkət edin. Fiziki aktivlik qan dövranı, həzm prosesləri, immuniteti yaxşılaşdırır ki, bu da bir çox xərçəng xəstəliklərinin qarşısının alınmasına kömək edir.

3. Tez-tez meyvə-tərəvəz, göyərti yeyin. Bu məhsullar antioksidant maddələrlə zəngindir. Antioksidantlar orqanizmi hüceyrə səviyyəsində qoruyur. Qidalı liflərlə zəngin olan meyvə-tərəvəzlər qəbizliklərin qarşısını alır. Xroniki qəbizlik isə bağırsaq xərçənginin əsas risk faktorlarından biri sayılır.

4. Spirtli içkilərdən imtina edin. Ekspertlərin fikrinə görə, spirtli içkiləri qəbulu qida borusu, qaraciyər, bağırsaqlar, qadınlarda süd vəziləri xərçənginin əsas risk faktorlarından biri sayılır.

5. Şirin qazlı içkiləri və fast-food qidaları qəbul etməyin. Bu qidalar piylənməyə səbəb olur. Piylənmə isə xərçəng xəstəliklərinin əsas səbəblərindən biridir.

6. Duz qəbulunu məhdudlaşdırın. Duzun həddən artıq miqdarda qəbulu mədə xərçəngi riskini artırır.

7. Kolbasa, sosis kimi məhsulları qidalanmadan çıxardın. Alimlərin fikrinə görə, bu məhsulların daim qəbulu mədə-bağırsaq sistemi xərçənginin inkişafına təkan verə bilər.
Qırmızı ətin (mal, qoyun əti) qəbulunu isə 1 həftə ərzində 500 qr kimi azaltmaq tövsiyə edilir.

8. Vitaminlərin qəbulunu azaldın. Bəzi vitaminlərin (həb şəklində) həddən artıq miqdarda qəbulu xərçəng xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən həkimlər vitaminləri həblərdən deyil, təbii məhsullardan almağı tövsiyə edirlər.

9. Qadınlara məsləhət – uşaqlarınıza ana südü verin. Alimlərin fikrinə görə, 6 ay və bundan artıq müddət ərzində süd vermə qadınlarda süd vəzi xərçənginin riskini azaldır.

10. Siqaret çəkməkdən imtina edin. Ağciyər xərçənginin səbəbi 90% hallarda siqaret çəkmək olur. Bundan əlavə bu pis vərdiş boğaz, qırtlaq, qida borusu xərçənginin inkişafına təkan verə bilər.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.), çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 982 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 608 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 088 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 622 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 647 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 992 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 499 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN