Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Xərçənglə mübarizədə möhtəşəm kəşf – Yovşan

Fevral 24
18:31 2016

ABŞ-ın Kaliforniya Universitetinin onkoloqları möhtəşəm kəşf ediblər.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, onlar orqanizmdəki xərçəng hüceyrələrinin 98 faizini 16 saat ərzində məhv edən bitki tapıblar. Maraqlı budur ki, xərçəngə qarşı ən səmərəli mübarizə vasitəsi hamımızın yaxşı tanıdığı “birillik yovşan” və ya “Artemisia Annua” deyilən adi alaq otudur.

Mütəxəssislər bildirirlər ki, 16 saat ərzində xərçəng hüceyrələrinin 98 faizini məhv etməyə qadir olan yovşan təkbaşına bədxassəli şişlərin yalnız üçdə bir hissəsini məhv edir, amma dəmir preparatları ilə birlikdə orqanizmi tamamilə bu xəstəlikdən təmizləyir. Ekspertlər yovşanın şəfalı xassələrini ağciyər xərçənginə tutulan könüllülər üzərində sınaqdan keçiriblər. Nəticə onları heyrətləndirib: eksperimentin bütün iştirakçıları sağlamlıqlarını mürəkkəb terapiyadan keçmədən bərpa ediblər.

Alimlər vurğulayırlar ki, “Artemisia Annua” insanlar üçün tamamilə təhlükəsizdir. Bu alaq otu seçim üsulu ilə işləyir, sağlam orqanlara və toxumalara toxunmadan bilavasitə bədxassəli şişləri məhv edir. Buna görə də yovşanı xərçəng şişinin inkişafının istənilən mərhələsində heç bir fəsad riski olmadan qəbul etmək olar.

Alimlərin yeni kəşfindən sonra dünyanın ən iri əczaçılıq şirkətlərindən biri yovşanın əsas komponenti olan artemizininin istehsalını qat-qat artırmağı vəd edib. Bundan sonra əczaçılar hər il təqribən xərçəngə qarşı 60 ton səmərəli dərman istehsal edəcəklər. Bu da onkoloji xəstəliklərin müalicəsində böyük sıçrayış etməyə və milyonlarla insanı ölümdən xilas etməyə imkan verəcək.

Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.

Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Uca Allah buyurur: “Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir”. (Qurani-Kərim, “Ya sin” surəsi, 36-cı ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 318 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 136 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 514 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 158 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:336. 826 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 162 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 016 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 597 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 067 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 576 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN