Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Xurmanın bilmədiyimiz faydaları

İyul 06
16:03 2015

Qurani-Kərimdə bir çox ayədə adı çəkilən xurmanın cənnət meyvəsi olduğu çox insana məlumdur. Lakin onun orqanizm üçün nə qədər əvəzedilməz nemət olduğunu hər kəs bilmir.

Türk mütəxəssisi doktor Ömər Çoşqun özünü yorğun hiss edənlərə xurma yeməyi məsləhət görür. Onun sözlərinə görə, insanların çoxu xurmanı əsasən Ramazan ayında yeyir. Lakin bu meyvə yalnız Ramazanda deyil, hər zaman qida rasionumuza daxil olmalıdır.

“Sələf Xəbər” Türkiyə mediasına istinadən Ramazan ayında süfrələrin yaraşığı olan xurmanın faydalarını təqdim edir:

1. İnsan özünü yorğun hiss etdiyi zaman və xüsusilə də zehni yorğunluq zamanı xurma yeməlidir.
Xurmanın sinir sisteminə müsbət təsiri var. Tərkibindəki B1 və B2 vitaminləri sinir sistemini sakitləşdirici xüsusiyyətlərə sahibdir.

2. Xurma, həmçinin öskürək, bəlğəm və sinə ağrıları zamanı da yaxşı təsir göstərir.
İsti yay günlərində həddindən çox yağlı yemək və su içməklə əlaqədar ishal və qusma kimi hallar meydana çıxa bilir. Bu zaman bədənin itirdiyi su, duz, natrium və kalium elementləri xurmanın tərkibində kifayət qədərdir.

3. Mütəmadi olaraq xurma yemək xərçəng xəstəliyinə tutulma riskini azaldır.
Tərkibindəki maqnezium elementi sayəsində bədənin bu xəstəliyə müqavimətinin artdığı, eləcə də prostat xərçəngində faydalı olduğu bilinir.

4. Xurma çəyirdəyini yandırıb gözünüzə çəksəniz, kiprikləriniz uzanar.
Xurma yemək isə gözləri qüvvətləndirir, parıldadır, “gecə korluğu”nun qarşısını alır.

5. Südvermə dövründə körpələrinə süd verən analar üçün də xurma olduqca faydalıdır.
O süd artırıcı xüsusiyyətlərə malikdir.

6. Xurma yemək bədəndəki pis xüsusiyyətli xolesterolu azaldaraq maddələr mübadiləsini normallaşdırır.

Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizlərdən biriniz iftar etdikdə bunu xurma ilə etsin, xurma tapmadıqda isə su ilə iftar etsin, çünki həqiqətən də su təmizləyir”. (Əbu Davud)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 980 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 607 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:0110. 086 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 620 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 238 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 646 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 437 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 990 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 498 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 966 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN