Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Yaddaşsızlıq problemini yox edən qaydalar

Sentyabr 23
16:59 2015

Bunun üçün beynimizin fəal olması olduqca vacibdir.

“Sələf Xəbər” Sputnik.az-a istinadən məlumat verir ki, Nevrologiya üzrə mütəxəssis və elmlər doktoru Əli Kamal Ərdəmoğlu, yaddaşı gücləndirməyin yollarını açıqlayıb.

Gündəlik sağlam bəslənərək bir çox xəstəliyin qarşısı alındığı kimi beyni inkişaf etdirmək və bəsləmək də mümkündür.

Rejimsiz bəslənmək isə sinir sisteminə mənfi təsir edir.

Yaddaşsızlıq problemini həll etmək üçün beynimizi aktiv tutmağımız olduqca vacibdir. Misal üçün, alzheimer xəstəliyi təhsilsiz kəslərlə müqayisədə təhsilli insanlarda daha az görülməkdədir.

Beynin aktivliyini qorumaq üçün zəka oyunları və s.-lərə vaxt sərf edə bilərsiniz. Ən əsası istənilən yaşda xarici dil öyrənmək yaddaşsızlıq və unutqanlıq problemini həll edir.

Stresten mümkün qədər uzaq durun. Xroniki hal alan təzyiq və stress də unutqanlığa, yaddaş pozğunluğuna səbəb ola bilir.

Yuxusuzluq və yorğunluğun ilk təsir etdiyi mexanizm yaddaşdır. Ona görə də çalışın yaxşı yatın.

Unutmayın! Kafi, sağlam və rahat yuxu sizi həm stressdən qoruyar həm də yaddaşsızlıq probleminizi həll edər.

Tərkibi vitamin və antioksidanlarla zəngin qidalar qəbul edin. Bol meyvə və tərəvəz yeyin.

Piylənmə və artıq çəki də zehnə olduqca mənfi təsir göstərir. Kökəlmədən uzaq durun.

Gündəlik idmanla məşğul olun, buna laqeyd yanaşmayın. Hər səhər təmiz havada yüngül tempdə qaçmaq sizin yaddaşınıza müsbət təsir edər. Həmçinin orqanlarınızın sağlam qalmasına köməkçi olar.

Spirt, siqaret və narkotik maddələrdən uzaq durun.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.), çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

İSLAMIN SƏSİ

   

Rəhbər üçün “Allah onu qorusun!” duasını etmək nə dərəcədə doğrudur? – VİDEO

📅1 Fevral, 2018🕔17:167. 869 dəfə baxılıb
   

Şeyx Saleh Ali Şeyx: “Rəhbər üçün minbərdən dua etmək” – VİDEO

📅1 Fevral, 2018🕔17:1510. 523 dəfə baxılıb
   

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅31 Yanvar, 2018🕔20:019. 979 dəfə baxılıb
   

İffət sahibləri Allahın kölgəsində olacaqlar – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)

📅30 Yanvar, 2018🕔19:356. 535 dəfə baxılıb
   

Hansı halda camaat namazına çatmış sayılırıq? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅29 Yanvar, 2018🕔19:337. 165 dəfə baxılıb
   

Bu duanı namazda salamdan öncə, yoxsa sonra deyək? – Şeyx Saleh bin Fovzan əl-Fovzan

📅25 Yanvar, 2018🕔19:305. 557 dəfə baxılıb
   

Vitrdən sonra namaz qılmaq olarmı? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin)

📅24 Yanvar, 2018🕔19:236. 362 dəfə baxılıb
   

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅23 Yanvar, 2018🕔19:306. 918 dəfə baxılıb
   

Riyakarlıqdan ehtiyat edərək YAXŞI İŞİ TƏRK ETMƏ! – Şeyx İbn Useymin (Allah rəhmət etsin)

📅22 Yanvar, 2018🕔19:146. 412 dəfə baxılıb
   

Kriptovalyuta (virtual valyuta) şəriət tərəzisində – Şeyx Süleyman ər-Ruheyli

📅19 Yanvar, 2018🕔19:466. 900 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN